Ənam Surəsi 128. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) onların hamısını (bir yerə) toplayacağı gün (deyəcəkdir): “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: “Sizin qalacağınız yer Oddur. Orada əbədi qalacaqsınız. Allahın istədikləri isə istisnadır”. Həqiqətən, Rəbbin Müdrikdir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
(Allah insanları cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt ya sonradan islamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!
Elmir Quliyev :
В тот день Он соберет их вместе: сонмище джиннов! Вы ввели в заблуждение многих людей". Их помощники из числа людей скажут: "Господь наш! Одни из нас пользовались другими, и мы достигли нашего срока, который Ты назначил нам". Он скажет: "Огонь будет вашей обителью, в которой вы пребудете вечно, если только Аллах не пожелает иначе!" Воистину, твой Господь Мудрый, Знающий.
Ələddin Sultanov:
Onların hamısını toplayacağı gün (Allah deyəcək): “Ey cin tayfası, siz insanların bir çoxunu (azdıraraq) özünüzə qoşdunuz”. Onların insanlardan olan dostları isə: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik artıq bizim üçün müəyyən etdiyin vədimizə çatmışıq”, - deyəcəklər. Allah da: “Allahın dilədiyi kimsələr istisna olmaqla, içində əbədi qalacağınız yer cəhənnəmdir”, - deyəcək. Şübhəsiz ki, Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Onların hamısını bir yerə topladığı gün (Allahu Təala belə buyuracaq): ‘Ey cin topluluğu! İnsanlarla sayınızı artırdınız (tağutların arasına insanları da qatdınız).’ Onlara dost olan insanlardan bir qismi belə dedi: ‘Rəbbimiz, biz bir-birimizdən faydalandıq Sənin bizim üçün təqdir etdiyin zamanın sonuna çatdıq.’ (Allahu Təala): ‘Allahın dilədiyi şey istisna olmaqla, sizin sığınacağınız yer atəşdir, orada əbədi qalacaq olanlarsınız.’ buyurdu. Şübhəsiz ki, sənin Rəbbin hökm sahibi ən yaxşı biləndir.
Ələsgər Musayev:
Onlar üçün Rəbləri yanında sülh evi var O dostudur onların ilə ki, oldular əməl edənlər.
A.Mehdiyev və D.Cəfərli:
(yada sal) o gün(ü) ki, (Allah) onların (insan şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): «Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz)». onların insanlardan olan dostları deyəcəklər: «Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) bizim üçün təyin etdiyin o (ömür) müddət(inə o bədbəxtlik həddin)ə gəlib çatdıq». (Allah) buyuracaq: «Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən sənin Rəbbin hikmətli biləndir (bilir ki, kimə qədər əzab versin).
Kövsər Tağıyev:
Onların hamısını bir yerə toplayacağı gün belə deyəcək: “Ey cin topluluğu! İnsanlardan bir çoxunu azdırıb aranıza qatdınız”. Onların insanlardan olan dostları: “Ey Rəbbimiz! Bizlər bir-birimizdən bəhrələndik bizə təyin etdiyin müddətin sonuna çatdıq”, deyəcəklər. Allah da deyəcək ki: “Allahın dilədikləri (bağışladıqları) xaric, içində əbədi qalacağınız yer oddur”. Ey Muhamməd! Şübhəsiz, sənin Rəbbin hökm hikmət sahibidir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların hamısını bir yerə toplayacağı gün (deyəcəkdir): "Ey cinlər tayfası! Siz insanlardan bir çoxunu (şirnikləndirib) yoldan çıxartdınız". Onların tərəfdarı olan insanlar deyəcəklər: "Rəbbimiz, biz biri-birimizdən faydalandıq Sənin bizim üçün təyin etdiyin əcəlimizə gəlib çatdıq". O, deyəcək: "Allahın istədiyi kəslərdən başqa sizin yeriniz cəhənnəm odudur ki, orada əbədi qalacaqsınız". Həqiqətən sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir !
Sabirə Dünyamalıyeva:
Allah onların hamısını bir yerə yığdığı gün: "Ey gizli düşmənlər birliyi! Həqiqətən belə insanlardan çoxaltdınız!..." İnsanlardan onların yaxınları da: "Rəbbimiz! Biz bir-birimizdən qazanc əldə etdik. Nəhayət biz, bizim üçün verdiyin möhləti başa vurduq" deyəcək. Allah: "Atəş, sizin dayanacağınızdır. Orada, Allahın diləməsi istisna olmaqla, əbədi olaraq qalacaqsınız" deyəcək. Şübhəsiz ki, Rəbbin ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edən, ən yaxşı biləndir.