Ənam Surəsi 129. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Beləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə hakim təyin edərik.
Bünyadov-Məmmədəliyev:
Beləliklə, qazandıqlarına (qazandıqları günahlara) görə zalımların bəzisini digərinin arxasına taxaraq (və ya pis işləri bir yerdə gördükləri üçün qiyamət gününün əzabından onları bir-birinə belə yaxınlaşdırarıq).
Elmir Quliyev :
Так Мы позволяем одним беззаконникам править другими за то, что они приобретают.
Ələddin Sultanov:
Beləcə, qazandıqları (günahlara) görə zalımları bir-birinin dostu edərik.
Kerbelayi Malik ağa:
Beləcə qazandıqlarına (günahlarına) görə zalımların bir qismini bir qisminə çevirərək (müsəllət edərik).
Ələsgər Musayev:
O gün toplayar onları cəmiyyən: «Ay cin toplusu! Əlbəttə, siz çox istəyirdiniz bu insanlardan!» Onların insan dostlarından deyərlər: «Rəbbimiz! Biz bəzimiz istifadə etdik bəzimizdən əcəlimizə yetişdik, hansı ki, Sən bizim üçün təyin etmişdin». Deyər: «Od - sizin yerinizdir, həmişəlik onda qalacaqsınız, ancaq ki, Allah istəyə». Həqiqətən, Rəbbin Həkimdir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Beləcə əldə etdiklərinin (günahlarının) cəzası olaraq zalımların bəzisini (digər) bəzisinə hakim edərik.
Kövsər Tağıyev:
Beləliklə, Biz qazandıqları günahlar səbəbi ilə zalımların bir qismini digər bir qisminin üstünə salarıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləliklə, kəsb etdikləri (günahlara) görə zalımları bir- birlərinə tay edirik.
Sabirə Dünyamalıyeva:
bax Biz beləcə, qazandıqları günahlara görə səhv; öz zərərinə olan əməli işləyənlərin bir qismini, digər bir qisminə yaxınlaşdırarıq