Əraf Surəsi 129. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Sən bizə (peyğəmbər) gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi”. (Musa) dedi: “Ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri təyin etsin, sonra da necə hərəkət edəcəyinizə baxsın”.
Bünyadov-Məmmədəliyev:
(Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!”
Elmir Quliyev :
Они сказали: "Нам причиняли страдания до того, как ты явился к нам, и причиняют их после твоего пришествия". Он сказал: "Быть может, ваш Господь погубит вашего врага и сделает вас их преемниками на земле, а затем посмотрит, как вы будете поступать".
Ələddin Sultanov:
(İsrail oğulları) dedilər: “Sən bizə gəlməmişdən əvvəl bizə əziyyət verilirdi, sən bizə gələndən sonra da”. (Musa) dedi: “Ümid olunur ki, Rəbbiniz düşməninizi məhv edər (onların yerinə) sizi yer üzünün hakimi edər, sonra da necə hərəkət edəcəyinizə baxar”.
Kerbelayi Malik ağa:
Belə dedilər: ‘Sən bizə gəlmədən əvvəl bizə gətirdiyin şeydən sonra da bizə əziyyət edildi. (Hz. Musa da) dedi ki: ‘Ola bilər ki, Rəbbiniz sizin düşməninizi həlak edər (yox edər) sizləri yer üzündə xəlifə edər (onların yerinə hakim edər). Beləcə necə əməl edəcəyinizə (davranacağınıza) baxar.’
Ələsgər Musayev:
Dedilər: «Sən bizə gəlməmişdən qabaq gələndən sonra da bizə əziyyət edirlər!» Dedi: «Ola bilsin ki, Rəbbiniz sizin düşməninizi həlak edib sizi ərzdə xəlifə edə göstərə necə əməl edəcəksiniz!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar dedilər: «Biz həm sən bizə gəlməmişdən qabaq həm gəldikdən sonra əzab-əziyyət çəkdik!» Dedi: «Ümid var ki, Rəbbiniz düşməninizi həlak sizi bu torpaqda canişin etsin, beləliklə necə davranacağınıza baxsın.»
Kövsər Tağıyev:
Dedilər ki: “Sən bizə gəlməzdən əvvəl bizə işgəncə olundu, gəldikdən sonra da”. Musa: “Bəlkə Rəbbiniz düşməninizi həlak edəcək sizi bu yerdə (Misirdə) hökmran edib, necə davranacağınıza baxacaq”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər “Biz, axı sən bizə gəlməzdən əvvəl incidilmişik, sən bizə gələndən sonra da". O dedi: "Ola bilsin ki, Rəbbiniz sizin düşmənlərinizi məhv etsin görsün ki, siz edəcəksiniz!"
Sabirə Dünyamalıyeva:
Musanın qövmü dedilər ki: "Sən bizə gəlməmişdən qabaq da əziyyət çəkirdik, sən gəldikdən sonra da." Musa dedi: "Ümid var ki, Rəbbiniz düşmənlərinizi dəyişikliyə, məhvə məruz qoyacaq sizi yer üzündə onların yerinə təyin edəcək. Beləliklə, sizin necə hərəkət edəcəyinizə baxacaqdır."