Əlixan Musayev:
Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq.
Bünyadov-Məmmədəliyev:
Sizdən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) peyğəmbərləri özlərinə açıq-aşkar möcüzələr gətirdikləri halda (onlara) zülm etdikləri və iman gətirəsi olmadıqları üçün məhv etdik. Biz günahkarları belə cəzalandırırıq.
Elmir Quliyev
:
Мы погубили поколения, жившие до вас, поскольку они поступали несправедливо и не уверовали в Наших посланников, явившихся к ним с ясными знамениями. Так Мы наказываем грешных людей.
Ələddin Sultanov:
Həqiqətən, zülm etdiklərinə və sizdən əvvəl peyğəmbərləri möcüzələr gətirdiyi halda iman gətirmədiklərinə görə neçə-neçə millətləri məhv etdik. Biz günahkar insanları belə cəzalandırırıq.
Kerbelayi Malik ağa:
And olsun, sizdən əvvəlki dövrlərdə yaşayanları zülm etdikləri zaman həlak etdik. Onlara rəsulları bəyyinələr (dəlillər) ilə gəldi. Onlar inanmadılar. Günahkar qövmü məhz belə cəzalandırarıq.
Ələsgər Musayev:
Biz sizdən qabaq nəsilləri onda ki, zülm
etmişdilər, həlak etdik. Onlar üçün rəsulları bəyanatlarla
gəldilər və olmadılar inananlar. Belə cəzalandırırıq cərimə
olunmuş qoumu!
A.Mehdiyev və D.Cəfərli:
Doğrudan da Biz sizdən öncə müxtəlif əsrlərdə bir-birinin ardınca gələn millətləri zülm edərkən və peyğəmbərlərinin onlara aydın dəlillər gətirmələrinə baxmayaraq iman gətirmək niyyətində olmadıqları zaman həlak etdik. Biz günahkarlar dəstəsini belə cəzalandırırıq.
Kövsər Tağıyev:
And olsun, sizdən əvvəlki neçə-neçə nəsilləri peyğəmbərləri onlara açıq-aydın möcüzələr gətirdikləri halda (inkar edib) zülm etdikləri zaman həlak etdik. Onlar onsuz da inanan deyildilər. Biz günahkar topluluğu belə cazalandırırıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə görə və peyğəmbərləri onlara aşkar dəlillər gətirərkən iman gətirmədiklərinə görə məhv etmişik. Günah işlətmiş adamları Biz belə cəzalandırırıq!
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, sizdən əvvəlki nəsilləri, şirk qoşaraq, küfr işləyərək xəta etdikləri zaman dəyişikliyə/məhvə məruz qoyduq. Və onların elçiləri açıq sübutlarla gəlmişdilər. Onsuz da onlar iman gətirməzdilər. Bax, günahkarlar qövmünü Biz belə cəzalandırırıq.