Əlixan Musayev:
O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin”.
Bünyadov-Məmmədəliyev:
(Yəqub) dedi: “Onu aparmağınız məni çox məyus edər (ayrılığına dözə bilmərəm). Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”
Elmir Quliyev
:
Он сказал: "Мне грустно от того, что вы уведете его. Я боюсь, что волк растерзает его, когда вы оставите его без присмотра".
Ələddin Sultanov:
Yaqub dedi: “Onu aparmağınız məni çox kədərləndirər və qorxuram ki, siz ondan xəbərsiz ikən onu qurd yeyər”.
Kerbelayi Malik ağa:
(Atası) belə dedi: ‘Onu aparmağınız həqiqətən məni narahat edir. Siz ondan qafil ikən (başınız qarışdıqda) onu bir qurdun yeməsindən qorxuram.’
Ələsgər Musayev:
Dedi:
«Mən hüznlü olaram, əgər siz onu aparsanız və xoflanıram ki,
qurd onu yeyə və siz ondan qafil olasınız».
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Həqiqətən, onu (çölə) aparmağınız məni çox qəmgin edir və qorxuram ki, siz ondan xəbərsiz ikən canavar onu yesin.»
Kövsər Tağıyev:
Ataları: “Doğrusu, onu aparmağınız məni üzər və siz ondan xəbərsiz olduğunuz bir vaxtda onu qurd yeyər deyə qorxuram”.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: "Onu aparmağınız məni narahat edir, qorxuram ki, onu canavar yeyə, sizin isə ondan xəbəriniz olmaya".
Sabirə Dünyamalıyeva:
Ataları dedi ki: "Onu aparmağınız məni kədərləndirər və siz ona qarşı laqeyd/maraqsız olduğunuz halda, onu qurd yeməsindən qorxuram."