İsra Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik.
Bünyadov-Məmmədəliyev:
Biz hər bir insanın əməlini öz boynundan asar qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq.
Elmir Quliyev :
Каждому человеку Мы повесили на шею его деяния (сделали их неразлучными с ним). А в День воскресения Мы представим ему книгу, которую он увидит развернутой.
Ələddin Sultanov:
Biz hər insanın əməlini öz boynundan asdıq. Qiyamət günü açılmış vəziyyətdə görəcəyi bir kitabı onun qarşısına çıxardarıq.
Kerbelayi Malik ağa:
Bütün insanların əməl dəftərini boynundan asdıq. Qiyamət günü ona nəşr edilmiş kitabını göstərərik.
Ələsgər Musayev:
Biz külli insanın boynuna quşunu bərkitdik. Xaric edərik qiyamət günü onun üçün kitabı ki, onu hazır olmuş görər:
A.Mehdiyev və D.Cəfərli:
Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq.
Kövsər Tağıyev:
Hər insanın əməlini boynuna yüklədik. Qiyamət günü onun qarşısına açıq bir kitab çıxaracağıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər insanın əməlini (bir kitaba yazılmış olaraq) öz boynundan asdıq Qiyamət günü o geniş açılmış vəziyyətdə qarşısına çıxacaqdır.
Sabirə Dünyamalıyeva:
hər insanın öz əməllərinin əvəzini, öz boynuna elə doladıq ki, ondan ayrılmasın. Biz, qiyamət günündə açılacaq kitabı onun üçün çıxaracağıq: