Əlixan Musayev:
Onlara: “(Bu )insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin (bunu) bilmirlər.
Bünyadov-Məmmədəliyev:
Onlara: ”Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey möminlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər.
Elmir Quliyev
:
Когда им говорят: "Уверуйте так, как уверовали люди", — они отвечают: "Неужели мы уверуем так, как уверовали глупцы?" Воистину, именно они являются глупцами, но они не знают этого.
Ələddin Sultanov:
Onlara: “İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!” - deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” - dedilər. Bilin ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər.
Kerbelayi Malik ağa:
Onlara: 'İnsanların inandıqları kimi siz də amənu olun (Allaha təslim olmağı diləyin).' deyildiyi zaman: 'O səfehlərin (ağılsızların) iman etdiyi kimi amənu olaq? dedilər. Həqiqətən onlar özləri səfeh deyillərmi? Lakin bilmirlər.
Ələsgər Musayev:
Onda ki deyildi
onlar üçün: «Inanın, nə qədər ki, inandı insanlar!» Dedilər: «Ə,
inanaqmı nə qədər ki, inandı səfehlər?» Ə,məgər yoxmu?
Həqiqətən onlardır səfehlər və lakin bilmirlər.
A.Mehdiyev və D.Cəfərli:
Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində) deyərlər: «Biz də səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər.
Kövsər Tağıyev:
Onlara: “İnsanların inandıqları kimi siz də inanın”, – deyildikdə isə: “Biz də ağılsızlar kimi imanmı edək?” – deyərlər.1 Yaxşı bilin ki, əsl ağılsızlar məhz özləridir, lakin bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara: "İnsanlar iman gətirdikləri kimi siz də iman gətirin !" dedikdə, onlar: "Məgər biz də səfehlər iman gətirdiyi kimi iman gətirməliyik ?" söyləyirlər. Əslində onlar özləri səfehdirlər. Lakin onlar bunu anlamırlar.
Sabirə Dünyamalıyeva:
Və onlara, "İnsanların inandığı kimi inanın" dedikdə, "Biz, o ağlı kəsməyənlərin inandığı kimi inanacağıq?" deyərlər. Diqqətli olun! Şübhəsiz ki, ağlı kəsməyənlər məhz onlar özləridir. Lakin bilmirlər.