Əlixan Musayev:
“Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Bəlkə, sizinlə məsləhətləşdilər”.
Bünyadov-Məmmədəliyev:
(Mələklər istehza ilə onlara belə dedilər: ) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz!
Elmir Quliyev
:
Не убегайте и вернитесь туда, где вам было позволено вести роскошную жизнь, и в свои жилища, быть может, к вам будут обращаться с просьбами!
Ələddin Sultanov:
(Mələklər isə istehza ilə belə deyərlər:) “Qaçmayın! Mürəffəh həyatınıza və yurdlarınıza geri dönün! Ola bilsin ki, siz sorğu-sual ediləcəksiniz”.
Kerbelayi Malik ağa:
Qaçmayın və hər istəyinizin yerinə yetirildiyi yerə və məskənlərinizə geri dönün ki (orada), sorğu-sual olunacaqsınız.
Ələsgər Musayev:
Qaçmayın! Qayıdın sərvət içərisində olduğunuz
yerlərə və məskənlərinizə tərəf, ola ki, sual olunasınız!
A.Mehdiyev və D.Cəfərli:
(Onlara zahirdə istehza ilə və ya batini dillə deyilirdi:) Qaçmayın və içində olduğunuz naz-nemətə və məskənlərinizə tərəf qayıdın, bəlkə sorğu-sual edildiniz (yoxsullar sizdən mal istəsinlər və siz verməyəsiniz, nökər və xadimlər sizdən haqlarını istəsinlər, siz də öz kibr və məğrurluğunuzu davam etdirəsiniz).
Kövsər Tağıyev:
Onlara: “Qaçmayın, içində səfa sürdüyünüz o bolluğa və yurdlarınıza qayıdın. Çünki sorğu-sual olunacaqsınız”, – deyildi.
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlara deyildi): "Qaçmayın, sizə bəxş olunmuş xoş güzərana, öz məskənlərinizə qayıdın. Yəqin ki, siz sorğu-suala tutulacaqsınız".
Sabirə Dünyamalıyeva:
-Sürətlə uzaqlaşıb qaçmayın, sorğu-sual olunmaq üçün, içində əylənib azdığınız şeylərə və evlərinizə qayıdın.-