Nur Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsil yalançıdırlar.
Bünyadov-Məmmədəliyev:
(Aişəyə iftira yaxanlar) üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar!
Elmir Quliyev :
Почему они не привели для подтверждения этого четырех свидетелей? Если они не привели свидетелей, то перед Аллахом они являются лжецами.
Ələddin Sultanov:
(İftiraçılar) bunun üçün dörd şahid gətirməli deyildilərmi? Madam ki, şahid gətirə bilmədilər, deməli, onlar Allah yanında əsil yalançılardır.
Kerbelayi Malik ağa:
Ona dörd şahid gətirməli deyildilərmi? Elə isə şahidləri gətirə bilmədiklərinə görə bu təqdirdə onlar Allahın dərgahında yalançıdırlar.
Ələsgər Musayev:
Bəs niyə onlar bunun üçün dörd şahid gətirmədilər? Onda ki, şahidlərini gətirmədilər həmin onlardır Allah yanında yalançılar!
A.Mehdiyev və D.Cəfərli:
üçün ona (həmin ittihama) dörd kişi şahid gətirmədilər?! Şahidləri gətirmədikləri üçün Allahın yanında onlar özləri yalançıdırlar. (Çünki şahid olmayan təqdirdə hətta insanın özü bilsə belə zina isnad vermək şəriət axirət cəzası baxımından yalan hökmündədir.)
Kövsər Tağıyev:
Onlar (iftiraçılar) bu iddialarına dair dörd şahid gətirməliydilər. Madam ki, şahid gətirmədilər, onlar Allah qatında məhz yalançılardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar buna dörd şahid gətirmələri gərək deyildimi? Əgər onlar şahid gətirməyiblərsə, onda onlar Allah qarşısında yalançıdırlar.
Sabirə Dünyamalıyeva:
Bu iddianı meydana atanlar, buna dair dörd şahid gətirməli deyildilərmi? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.