Ənkəbut Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar həm öz (günah) yüklərini həm onlarla yanaşı, neçə-neçə yükləri daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-suala çəkiləcəklər.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, onlar həm öz günahlarına, həm öz günahları ilə yanaşı, daha neçə-neçə günahlarla (yoldan çıxartdıqları kimsələrin günahlarına) yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları yalanlara görə mütləq sorğu-sual olunacaqlar!
Elmir Quliyev :
Они непременно понесут свое бремя и другое бремя вместе со своим бременем. В День воскресения их непременно спросят о том, что они измышляли.
Ələddin Sultanov:
Şübhəsiz, onlar həm öz günahlarını, həm öz günahları ilə yanaşı başqa günahları daşıyacaqlar. Onlar qiyamət günü, uydurduqları şeylər barəsində hökmən sorğu-sual olunacaqlar.
Kerbelayi Malik ağa:
(Yalançılar) öz yükləri (günahları) ilə birgə onların yüklərini (günahlarını) da mütləq yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları şeylərdən mütləq sorğu-sual olunacaqlar.
Ələsgər Musayev:
Onlar yüklənəcəklər öz ağırlıqları ilə öz ağırlıqları ilə birlikdə ağırlıqlarla qiyamət günü sual olunacaqlar nədən ki, oldular iftira edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, (onlar Qiyamət günü) həm öz (günahlarının) ağır yüklərini, həm öz ağır yüklərindən əlavə daha ağır yüklər (azdırdıqları kəslərin yüklərini) daşıyacaqlar. (Eyni zamanda azdırdıqları şəxslərin günahları azaldılmayacaq). Mütləq Qiyamət günü onlar uydurduqları yalanlar (şirk digər bidətlər) barəsində sorğu-sual olunacaqlar!
Kövsər Tağıyev:
And olsun, onlar mütləq öz yüklərini öz yükləri ilə yanaşı neçə-neçə ağır yüklər yüklənəcəklər. Qiyamət günü onlar uydurduqları şeylər barəsində mütləq sorğu-sual olunacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar öz günah yüklərini öz yükləri ilə bərabər başqalarının da yüklərini daşıyacaqlar uydurduqları şeylər barəsində qiyamət günü sorğu-sual olunacaqlar.
Sabirə Dünyamalıyeva:
Onlar, əlbəttə öz yüklərini öz yükləri ilə yanaşı neçə-neçə yükləri daşıyacaqlar. uydurduqları şeylərdən ötrü qiyamət günündə mütləq haqq-hesaba çəkiləcəklər.