Loğman Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! (Allaha) şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)”
Elmir Quliyev :
Вот Лукман сказал своему сыну, наставляя его: сын мой! Не приобщай к Аллаху сотоварищей, ибо многобожие великая несправедливость".
Ələddin Sultanov:
Vaxtilə Loğman öz oğluna öyüd verərək: “Ey oğlum, Allaha şərik qoşma! Həqiqətən, şərik qoşmaq böyük zülmdür”, - demişdi.
Kerbelayi Malik ağa:
Loğman oğluna nəsihət edərək belə demişdi: ‘Ey övladım, Allaha şirk qoşma! Şübhəsiz ki, şirk çox böyük bir zülmdür.’
Ələsgər Musayev:
Onda dedi Loğman öz oğluna öyüd verərək ona: «Ay oğlum! Şərik qoşma Allah ilə. Həqiqətən, şirk böyük zülmdür!»
A.Mehdiyev və D.Cəfərli:
(yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər bütün nemətlərin əsl sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir.)
Kövsər Tağıyev:
Loğman oğluna öyüd verərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Çünki şərik qoşmaq, əlbəttə, böyük bir zülmdür”.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Loğman öz oğluna nəsihət verərək dedi: "Oğlum, Allaha şərik qoşma. Şərik qoşmaq həqiqətən böyük haqsızlıqdır."
Sabirə Dünyamalıyeva:
bir zaman Loğman öz oğluna nəsihət verərək: "Oğlum! Allaha şərik qoşma, heç şübhəsiz ki, Allaha şərik qoşmaq, həqiqətən böyük bir səhvdir; öz zərərin olan əməli işləməkdir.