Əlixan Musayev:
(Cinlər) onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! (Bu nemətlərə) şükür edin! Qullarımdan şükür edəni azdır.
Bünyadov-Məmmədəliyev:
Onun (Süleyman) üçün nə istəsə - məbədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!
Elmir Quliyev
:
Они создавали прекрасные строения, изваяния, миски, подобные водоемам, и неподвижные котлы. О род Давуда (Давида)! Трудитесь в знак благодарности. Но среди Моих рабов мало благодарных.
Ələddin Sultanov:
Onun üçün istəyinə uyğun məbədlər, heykəllər, hovuzlara oxşar ləyənlər və yerindən tərpədilə bilməyən iri qazanlar düzəldirdilər. Ey Davud ailəsi, Allaha şükür edin! Qullarımdan şükür edənlər azdır.
Kerbelayi Malik ağa:
Ona dilədiyi şeyləri mehrablar (məscidlər, saraylar, yüksək binalar), heykəllər, hovuz kimi böyük çanaqlar, sabit (yerindən tərpənməyən) qazanlar düzəldirdilər. Ey Davud ailəsi, şükür edərək çalışın! Qullarımdan çox şükür edənlər azdır.
Ələsgər Musayev:
Edərlər onun üçün o, nə istəyər – məbədlər və
təsvirlər və böyük hovuz kimi qablar və böyük sabit qazanlar.
Davud ailəsi, şükr əməlini yerinə yetirin! Mənim
bəndələrimdən çox azı şükr edər!
A.Mehdiyev və D.Cəfərli:
Onlar onun (Süleyman) üçün istədiyi hər bir şeyi-möhkəm qəsrlər (yaxud məbədlər və ibadət mehrabları), heykəllər, böyük hovuzlara bənzər kasalar və sabit, yerindən tərpənməyən qazanlar düzəldirdilər. (Və buyurduq:) «Ey Davud ailəsi, (bu nemətlərə) şükr edin və Mənim bəndələrimdən şükr edən azdır».
Kövsər Tağıyev:
Cinlər Süleyman üçün istədiyi şəkildə qalalar, heykəllər, hovuz kimi çanaqlar və sabit qazanlar düzəldirdilər. Ey Davud ailəsi, şükür edin! Qullarımdan şükür edənlər çox azdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Cinlər onun üçün istədiyi qəsrləri, heykəlləri, hovuzlara bənzər qabları və yerindən tərpədilməz nəhəng qazanları düzəldirdilər. Davud nəsli, şükr etmək üçün çalışın! Mənim bəndələrimin azı şükr edəndir.
Sabirə Dünyamalıyeva:
13) Onlar, Süleymana xüsusi qərargahlar, heykəllər/şəkillər və hovuzlar kimi çanaqlar və möhkəm dayanan qazanlar kimi hər nə istəsə düzəldirdilər. -Ey Davud ailəsi! Nemətlərin əvəzini ödəmək üçün çalışın! Amma qullarım arasında, verilən nemətlərin əvəzini ödəyən də çox azdır!-