Əlixan Musayev:
O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.
Bünyadov-Məmmədəliyev:
(Allah) gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı ram (öz əmrinə, sizin mənafeyinizə tabe) etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər.
Elmir Quliyev
:
Он удлиняет день за счет ночи и удлиняет ночь за счет дня. Он подчинил солнце и луну, и они движутся до назначенного срока. Таков Аллах, ваш Господь. Ему принадлежит власть, а те, к кому вы взываете помимо Него, не владеют даже плевой на финиковой косточке.
Ələddin Sultanov:
Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəşi və ayı da sizə ram etmişdir. Hər biri müəyyən bir vaxta qədər axıb gedər. Bu (işləri görən), Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Onu qoyub dua etdiyiniz (bütlər) isə, xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.
Kerbelayi Malik ağa:
(Allah) gecəni gündüzə, gündüzü də gecəyə çevirər. Günəşi və Ayı əmrinə tabe etmişdir. Hamısı təyin olunmuş bir zamana qədər hərəkət edər (orbitlərində dönərlər). Bu Allah sizin Rəbbinizdir. Mülk Onundur. Ondan (Allahdan) başqa tapındıqlarınız bir xurma çəyirdəyinin pərdəsinə belə malik deyildirlər.
Ələsgər Musayev:
Cövlan edir gecəni gündüzdə və
cövlan edir gündüzü gecədə və ram etdi şəmsi və qəməri.
Küllisi caridir toxunan əcəl üçün. Bu sizin Allahınız – sizin
Rəbbinizdir! Onun üçündür mülk. Və o kəslər ki, siz Ondan
başqa çağırırsınız, malik deyillər xurma tumundan qabığa.
A.Mehdiyev və D.Cəfərli:
(Allah) gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar (tədriclə və yer kürəsinin əyilməsilə birini azaldar və digərinə artırar). O, günəşi və ayı (Öz əmrinə) ram etmişdir (onların) hər biri (özünün məxsus perpendikulyar və dairəvi hərəkətində) müəyyən bir müddət üçün hərəkət edər. Budur sizin Rəbbiniz olan Allah. Hər bir şeyin həqiqi mülkiyyəti və varlıq aləminin hakimiyyəti Ona məxsusdur. Onun yerinə çağırdıqlarınız həqiqətdə xurma çərdəyinin qabığına belə malik deyildirlər.
Kövsər Tağıyev:
Allah gecəni gündüzün içinə qatar, gündüzü də gecənin içinə qatar. Günəşi və Ayı da qoyduğu qanunlara ram etmişdir. Hər biri müəyyən bir vaxta qədər axıb gedirlər. Bu, Allahdır, sizin Rəbbinizdir. Mülk yalnız Onundur. Allahı buraxıb tapındıqlarınız bir çəyirdək qabığına belə hökm edə bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, tədricən gecəni gündüzlə və gündüzü gecəylə silib əvəz edir. O, günəşi və ayı (Öz əmrinə) tabe etmişdir. Hər biri müəyyən olunmuş vaxta [qiyamətə] qədər hərəkətdə olacaqdır. Bunları edən Allah sizin Rəbbinizdir. Mülk Onundur. Ondan başqasına ibadət etdikləriniz isə xurma çərdəyinin pərdəsinə belə sahib deyildirlər.
Sabirə Dünyamalıyeva:
Allah, gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar. Günəşi və ayı insanlığın faydalanacağı quruluşda və trayektoriyada yaratmışdır. Hamısı qabaqcadan müəyyən edilmiş bir müddət üçün axıb gedir. Bu, sizin Rəbbiniz olan Allahdır, mülk də Onundur. Onun altındakılardan, yalvardığınız kəslər bir xurma çəyirdəyinin zərinə belə sahib deyillər.