Zümər Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxaram”.
Bünyadov-Məmmədəliyev:
De: “Əgər Rəbbimə asi olsam. . , doğrusu, böyük günün (müdhiş günün, qiyamətin) əzabından qorxuram!”
Elmir Quliyev :
Скажи: боюсь, что если я ослушаюсь своего Господа, то меня постигнут мучения в Великий день".
Ələddin Sultanov:
De: “Rəbbimə asi olacağım təqdirdə, o böyük günün əzabına düçar olmaqdan qorxuram”.
Kerbelayi Malik ağa:
De ki: ‘Şübhəsiz ki, mən əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram.’
Ələsgər Musayev:
De: «Mən xoflanıram asi olsam Rəbbimə, əzəmətli günün əzabından».
A.Mehdiyev və D.Cəfərli:
De: «Həqiqətən əgər Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxuram.»
Kövsər Tağıyev:
De ki: “Əgər mən Rəbbimə üsyan etsəm, şübhəsiz, böyük bir günün əzabından qorxaram”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən Rəbbimə asi olaramsa, böyük günün əzabından qorxaram."
Sabirə Dünyamalıyeva:
De ki: "Şübhəsiz ki, mən Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram."