Fussilət Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər üz döndərsələr, de: “Mən sizi Ad Səmudu saran ildırıma bənzər bir ildırımın (sarsıda) biləcəyindən xəbərdar edirəm”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Əgər (Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan, imandan) üz döndərsələr, de: “Mən sizi Ad Səmud ildırımı kimi bir ildırımla (bu tayfaları məhv etmiş tükürpədici bir səslə, müdhiş bir əzabla) qorxuduram!”
Elmir Quliyev :
Если же они отвернутся, то скажи: предостерегаю вас от мучений, подобных мучениям адитов и самудян".
Ələddin Sultanov:
Əgər onlar üz döndərsələr, de ki: “Mən sizə Ad Səmud qövmlərini vuran ildırım kimi bir ildırım barədə xəbərdarlıq edirəm”.
Kerbelayi Malik ağa:
Əgər hələ üz döndərirlərsə, o zaman de ki: ‘Ad Səmudu vuran ildırım kimi bir ildırımla sizi xəbərdar etdim.’
Ələsgər Musayev:
Əgər onlar üz döndərsələr, de: «Mən nəzərinizə çatdırdım sizin o şimşəkdən ki, onun misli Ada Səmuda verilmişdi!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə əgər üz döndərsələr, de: «Sizi Ad Səmudun (bu qövmlərin) ildırımı kimi bir ildırımla (göydən gələn qorxunc nə’rə, od külək kimi ölümə səbəb olan bəla ilə) qorxutdum.»
Kövsər Tağıyev:
Əgər üz döndərsələr, onlara de ki: “Mən sizi Ad Səmud qövmlərini vuran ildırım kimi bir ildırımla xəbərdar etdim”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar üz döndərsələr, de: "Mən Ad Səmud tayfalarını (vurmuş) ildırıma bənzər ildırım barəsində sizi artıq xəbərdar etdim."
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq, onlar yenə üz döndərərlərsə dərhal ki: "Mən sizə Ad Səmud tayfalarının yıldırımının bənzəri olan bir ildırım barədə xəbərdarlıq etdim."