Əlixan Musayev:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
Elmir Quliyev
:
О люди! Воистину, Мы создали вас из мужчины и женщины и сделали вас народами и племенами, чтобы вы узнавали друг друга, и самый почитаемый перед Аллахом среди вас — наиболее богобоязненный. Воистину, Аллах — Знающий, Ведающий.
Ələddin Sultanov:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
Kerbelayi Malik ağa:
Ey insanlar! Şübhəsiz ki, Biz sizi bir kişi və bir qadından yaratdıq. Sizi millətlər və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız. Şübhəsiz ki, Allahın dərgahında ən çox kərim olanınız (ən şərəfli olanınız irq ya da soyunuzla deyil) ən çox təqva sahibi olanınızdır. Şübhəsiz ki, Allah ən yaxşı bilən və xəbərdar olandır.
Ələsgər Musayev:
Ay insanlar! Biz sizi xəlq etdik kişi və qadından və etdik
sizi xalqlar və qəbilələrlə, bir-birinizi tanımaq üçün. Həqiqətən,
Allah yanında sizdən kəramətlisi odur ki, Allahdan qorxandır.
Həqiqətən, Allah Alimdir, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır.
Kövsər Tağıyev:
Ey insanlar! Şübhəsiz, biz sizi bir erkək və bir dişidən yaratdıq və bir-birinizi tanıyasınız deyə sizi boylara və qəbilələrə ayırdıq. Allah qatında ən dəyərli olanınız Ona qarşı gəlməkdən ən çox çəkinəninizdir. Şübhəsiz, Allah haqqı ilə biləndir, haqqı ilə xəbərdar olandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq, sizi xalqlar və qəbilələr etdik ki, bir-birinizi tanıyasınız. Axı Allah hüzurunda sizlərin ən hörmətlisi ən təqvalınızdır. Axı Allah hər şeyi biləndir, xəbərdardır!
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Biz sizi bir erkək ilə bir dişidən əmələ gətirdik, bir-birinizi tanıyasınız deyə, sizi xalqlar və qəbilələr halına gətirdik. Şübhəsiz ki, Allah yanında ən qiymətliniz, Allahın mühafizəsi altına ən çox daxil olanınızdır. Həqiqətən Allah, ən yaxşı biləndir, ən çox xəbərdar olandır.