Qəmər Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
Bünyadov-Məmmədəliyev:
Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş mismarlanmış gəmiyə mindirdik.
Elmir Quliyev :
Мы понесли его в ковчеге из досок и гвоздей.
Ələddin Sultanov:
Nuhu da taxtadan düzəldilib mismarlanmış bir gəmidə daşıdıq.
Kerbelayi Malik ağa:
Onu pərçimlənmiş lövhələrdən ibarət olan (gəmi) üzərində daşıdıq.
Ələsgər Musayev:
Yüklədik Biz onu lövhə mıxdan düzəldilmişin üzərində,
A.Mehdiyev və D.Cəfərli:
onu (Musanı) taxta mismarları olana (gəmiyə) mindirdik.
Kövsər Tağıyev:
Biz Nuhu mismarlarla bərkidilmiş lövhələrdən bir gəmiyə mindirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu taxtalardan mismarlarla düzəldilmiş (gəmiyə) mindirdik.
Sabirə Dünyamalıyeva:
Nuhu da, müdafiəmiz/nəzarətimiz altında axıb gedən lövhələri; taxtaları mismarları/ipləri olan kiçik bir gəmi üzərində daşıdıq.