Mücadilə Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz (bunu) etməmisinizsə Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha Onun Elçisinə itaət edin. Allah etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha Onun Peyğəmbərinə itaət edin. Allah etdiklərinizdən xəbərdardır!
Elmir Quliyev :
Неужели вы боялись предварять вашу тайную беседу милостыней? Если вы не сделали этого и Аллах принял ваше покаяние, то совершайте намаз, выплачивайте закят и повинуйтесь Аллаху и Его Посланнику. Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
(Peyğəmbərlə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə namazı qılın, zəkatı verin, Allaha Onun Peyğəmbərinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır. (Təfsirçilərə görə, bu ayə özündən əvvəlki ayənin hökmünü nəsx etmiş beləliklə, qeyd edilən sədəqəni vermək məcburiyyəti aradan qaldırılmışdır.)
Kerbelayi Malik ağa:
Gizli söhbətdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Elə isə edə bilmədiyiniz zaman Allah sizin tövbənizi qəbul etdi. O zaman namazı qılın, zəkatı verin, Allaha Onun Rəsuluna itaət edin. Allah etdiklərinizdən xəbərdardır.
Ələsgər Musayev:
Ə, titrədinizmi danışmamışdan qabaq sədəqə verəsiniz? Onda siz bunu etmədiniz Allah qayıtdı sizə tərəf, onda ayağa qalxın islahata zəkat verin paklanmağa itaət edin Allaha Onun rəsuluna Allah Xəbirdir ilə ki, əməldəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Yoxsa öz xüsusi söhbətinizdən qabaq sədəqə verməkdən qorxdunuz? İndi ki, bunu etmədiniz Allah da bundan keçdi, onda namaz qılın, zəkat verin Allaha Onun Rəsuluna itaət edin. Allah etdiklərinizdən xəbərdardır.
Kövsər Tağıyev:
Baş-başa danışmanızdan əvvəl sədəqələr verməkdən çəkindinizmi? Bunu etmədiyinizə Allah da sizi əfv etdiyinə görə artıq namazı qılın, zəkatı verin, Allaha Rəsuluna itaət edin. Allah bütün etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz təkbətək söhbətinizdən əvvəl sədəqələr verməkdən çəkinirsinizmi? Bunu edə bilməsəniz Allah sizi bağışlayar. Onda namazı qılın, zəkatı verin, Allaha Onun peyğəmbərinə itaət edin! Axı Allah etdiklərinizdən xəbərdardır!
Sabirə Dünyamalıyeva:
Məxsusi söhbətinizdən əvvəl sədəqələr verməkdən qorxdunuzmu? Bunu etmədiniz. Allah, sizin şüurlu şəkildə səhvdən dönməyinizi qəbul etdi. Onda səlatı yerinə yetirin [maddi zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın, qoruyun], zəkatı/verginizi verin, Allaha Elçisinə itaət edin. Allah sizin əməllərinizdən ən çox xəbərdar olandır.