Əlixan Musayev:
Doğrusu, onlar ürəklərində Allahdan çox sizdən qorxurlar. Çünki onlar anlamayan adamlardır.
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Onların (münafiqlərlə yəhudilərin) ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu isə onların (Allahın əzəmət və heybətini) anlamaz bir qövm olduqlarına görədir.
Elmir Quliyev
:
Воистину, они страшатся вас в сердцах сильнее, чем Аллаха, поскольку они являются людьми непонимающими.
Ələddin Sultanov:
Onların ürəklərində sizə qarşı hiss etdikləri qorxu Allaha qarşı olan qorxularından daha şiddətlidir. Çünki onlar dərk etməyən bir tayfadır.
Kerbelayi Malik ağa:
Siz həqiqətən onların qəlblərində qorxu baxımından daha şiddətlisiniz (Allahdan çox sizdən qorxurlar). Bu, onların (Allahın əzəmətini, qüdrətini) anlamayan bir qövm olmaları səbəbiylədir.
Ələsgər Musayev:
Əlbəttə, siz şiddətli vahiməlisiz ürəklərində
Allahdan. Bu, onlar ilə ona görədir ki, onlar anlamaz
qoumdurlar.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə, onların ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu da onların idrakı (və İlahi mərifəti) olmayan bir qövm olduqlarına görədir.
Kövsər Tağıyev:
Onların qəlblərində sizə qarşı hiss etdikləri qorxu Allaha qarşı hiss etdikləri qorxudan daha çoxdur. Bu, onların anlamaz bir qövm olmaları səbəbi ilədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Axı siz (ey möminlər), onların ürəklərində Allahdan da qorxulusunuz, çünki onlar (haqqı) anlamayan adamlardır.
Sabirə Dünyamalıyeva:
Həqiqətən, onların ürəklərinde adamlıq baxımından, siz, Allahdan daha şiddətlisiniz. Onların, Allahdan çox sizdən qorxmaqları, şübhəsiz, onların anlayışı yaxşı olmayan bir qövm olmasındandır.