Əlixan Musayev:
Gecə və gündüzdə olanların hamısı Ona məxsusdur. O, Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir, biləndir.
Elmir Quliyev
:
Ему принадлежит все, что покоится днем и ночью, и Он — Слышащий, Знающий.
Ələddin Sultanov:
Gecə və gündüzün içində olan hər bir şey Onundur. O, hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Gecə və gündüzdə olan hər şey Onundur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
Ələsgər Musayev:
Onun üçündür nə ki, sakin olub gecə və gündüzdə və O Səmidir, Alimdir!»
A.Mehdiyev və D.Cəfərli:
Gecə və gündüz (çərçivəsin)də qərar tutmuş (yəni yer kürəsində, eləcə də günəşin digər planetlərində onun nur və kölgəsinin əhatə dairəsində olan hər bir) şey Ona məxsusdur və Odur eşidən və bilən!
Kövsər Tağıyev:
Gecə və gündüzdə qərar tutan hər şey Onundur. O, haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Gecə və gündüzdə qərar tutanlar Ona məxsusdur. O, eşidəndir, biləndir!"
Sabirə Dünyamalıyeva:
Və gecədə, gündüzdə mövcud olan hər bir şey Onundur. O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.