Əlixan Musayev:
Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, (fərqi yoxdur, ) (Allah) kökslərdə olanları bilir.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur). (Allah) ürəklərdə olanları biləndir!
Elmir Quliyev
:
Храните ли вы свои речи в секрете или же говорите о них вслух, Он ведает о том, что в груди.
Ələddin Sultanov:
Sözünüzü istər gizli saxlayın, istər açıq deyin fərqi yoxdur. Şübhəsiz ki, O, qəlblərdəkini biləndir.
Kerbelayi Malik ağa:
Sözünüzü gizlədin və ya onu açıqca deyin. Şübhəsiz ki, O (Allah) qəlblərdə olanı ən yaxşı biləndir.
Ələsgər Musayev:
Sirli saxlayasız sözlərinizi, ya aşkar edəsiniz onu,
həqiqətən, O Alimdir zatı ilə ürəklərin!
A.Mehdiyev və D.Cəfərli:
Sözünüzü istər (ürəyinizdə) gizlədəsiniz, istərsə də aşkar edəsiniz, mütləq Allah sinələrdə olanı biləndir.
Kövsər Tağıyev:
Sözünüzü istər gizləyin, istər onu aşkara vurun (fərqi yoxdur). Şübhəsiz, Allah sinələrin özünü (qəlblərdə olanı) haqqı ilə bilir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sözünüzü gizlətsəniz də, onu açıq desəniz də O, ürəklərdə olanları yaxşı bilir.
Sabirə Dünyamalıyeva:
Və istər sözünüzü gizli saxlayın, istər onu aşkar edin; şübhəsiz ki, Allah sinənizin içindəkini ən yaxşı biləndir.