Qələm Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
daş ürəkliyə, bunlardan sonra da (başqasının adını mənimsəyən) fırıldaqçıya
Bünyadov-Məmmədəliyev:
Daş ürəkliyə, (anlamaza eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -
Elmir Quliyev :
жестокому, к тому же самозванцу,
Ələddin Sultanov:
Kobud olana, həmçinin zatı bəlli olmayana -
Kerbelayi Malik ağa:
Pislik edən zorbalara, bundan başqa haram yeyən günahkarlara (itaət etmə).
Ələsgər Musayev:
kobuda, bundan sonra əslini-nəslini bilməyən zinazadaya
A.Mehdiyev və D.Cəfərli:
bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə əsli-kökü bilinməyənə!
Kövsər Tağıyev:
qaba, üstəlik bir soysuz olan kimsəyə
M.Qənioğlu və T.Bilaloğlu:
sərt ürəkliyə, bundan sonra isə əsli-nəsəbi bilinməyənə -
Sabirə Dünyamalıyeva:
kobud/qarınqulu, sonra da pisliklə damğalanmış bu tüfeylilərin heç birinə itaət etmə.