Bürüc Surəsi 13. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, O, (hər şeyi) ilkin yaradır (onu yenidən) bərpa edir!
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, (insanı) yoxdan var edən (öldükdən sonra) təkrar dirildən Odur!
Elmir Quliyev :
Воистину, Он начинает и повторяет (создает творение в первый раз и воссоздает его или начинает наказывать в этом мире и возобновляет наказание в Последней жизни).
Ələddin Sultanov:
Əlbəttə, yoxdan var edən də, (ölümdən sonra təkrar həyata) qaytaran da Odur.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, O, ilk dəfə (yoxdan var edərək) yaradar (sonra geri) döndərər.
Ələsgər Musayev:
Həqiqətən, O başlayır qaytarır.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, (məxluqları) yoxdan var edən (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.
Kövsər Tağıyev:
Şübhəsiz, O, başlanğıcda yaradar, sonra onu təkrarlayar.
M.Qənioğlu və T.Bilaloğlu:
İlkin yaradan da, (öldükdən sonra) yenidən dirildən Odur.
Sabirə Dünyamalıyeva:
Həqiqətən ilk yaradan, sonra öldürüb təkrarən yaradan yalnız Odur.