Əlixan Musayev:
Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə (toxunmayın) və onun su içməsinə (mane olmayın)!”
Bünyadov-Məmmədəliyev:
Allahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın).
Elmir Quliyev
:
Посланник Аллаха (Салих) сказал им: "Берегите верблюдицу и питье ее!"
Ələddin Sultanov:
Allahın elçisi (Saleh peyğəmbər) onlara: “Allahın dəvəsinə və onun su içməsinə mane olmayın!” - demişdi.
Kerbelayi Malik ağa:
O zaman Allahın Rəsulu onlara: ‘O, Allahın dəvəsidir və onu sulayın (onun su içmə sırasına riayət edin).’ dedi
Ələsgər Musayev:
və
dedi onlara rəsulu Allahın: «Toxunmayın Allahın dişi dəvəsinə
və toxunmayın içməsinə onun!»
A.Mehdiyev və D.Cəfərli:
Allahın peyğəmbəri onlara demişdi: «Allahın dəvəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!»
Kövsər Tağıyev:
Allahın rəsulu isə onlara belə demişdi: “Allahın dəvəsini və onun su içmə haqqını qoruyun”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın peyğəmbəri isə onlara dedi: “Qoyun Allahın dəvəsi suyunu içsin."
Sabirə Dünyamalıyeva:
Allahın elçisi onlara demişdi: "Allahın dəvəsinə diqqət yetirin!" və "Ona su içmək, yaşamaq üçün imkan verin!