Əlixan Musayev:
Əgər (ər-arvad) ayrılsalar, Allah hər birini Öz lütfündən zəngin edər. Allah (hərşeyi) Əhatəedəndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!
Elmir Quliyev
:
Если они расстанутся, то Аллах обогатит каждого из них из Своей милости. Аллах — Объемлющий, Мудрый.
Ələddin Sultanov:
Əgər (ər-arvad) bir-birindən ayrılsalar, Allah hər ikisini Öz geniş (lütfü və neməti) ilə zəngin edər (maddi imkanlar baxımından həyat yoldaşına möhtac qalmaqdan xilas edər). Allah (lütfü ilə) genişdir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Əgər ayrılsalar, Allah öz genişliyindən (bol nemətindən ruzi və ehsanı ilə) hamısını ehtiyacsız edər (heç kəsə möhtac etməz). Allah Vasidir (rəhməti, kərəmi genişdir), Hakimdir (hökm və hikmət sahibidir).
Ələsgər Musayev:
Əgər bir-birindən ayrılsalar,
Allah onların hər birini Öz rəhməti ilə ehtiyacsız edər və oldu
Allah Vəsi, Həkim!
A.Mehdiyev və D.Cəfərli:
Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.
Kövsər Tağıyev:
Əgər ayrılsalar, Allah bol lütf və neməti ilə onların hər birini varlı edər (başqalarına möhtac qoymaz). Allah lütfü geniş olandır. O, hökm və hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar ayrılsalar, Allah Öz geniş lütfündən hər birinin (ruzisini) verər. Həqiqətən, Allah genişürəklidir və hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Əgər onlar [ər-arvad] ayrılsalar, Allah hamısını geniş lütfü ilə varlandırar. Və Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/[etdiyini] möhkəm edəndir.