Əlixan Musayev:
Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər.
Bünyadov-Məmmədəliyev:
Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.
Elmir Quliyev
:
Мы скажем: "О сонмище джиннов и людей! Разве к вам не приходили посланники из вашего числа, которые читали вам Мои аяты и предупреждали вас о встрече с этим днем вашим?" Они скажут: "Мы свидетельствуем против самих себя". Мирская жизнь обольстила их, и они принесут свидетельство против самих себя о том, что они были неверующими.
Ələddin Sultanov:
“Ey cin və insan tayfası! Aranızdan ayələrimi sizə nəql edən və bu gününüzlə qarşılaşacağınız barədə sizi xəbərdar edən peyğəmbərlər gəlmədimi?” - (deyildikdə), onlar: “Biz öz əleyhimizə şahidik!” - deyəcəklər. Dünya həyatı onları aldatdı və onlar özlərinin kafir olduğuna şahidlik etdilər.
Kerbelayi Malik ağa:
Ey insan və cin topluluğu! Sizə ayələrimi anladan və bu gününüzə çatacağınız barəsində sizi xəbərdar edən içinizdən rəsullar gəlmədimi? ‘Öz nəfslərimizə şahid olduq.’ dedilər. Dünya həyatı onları aldatdı. Özlərinin kafir olduğuna özləri şahid oldular.
Ələsgər Musayev:
Beləcə dost edərik bəzi zalimləri bəzilərinə nə ilə oldular kəsb edənlər.
A.Mehdiyev və D.Cəfərli:
(Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?» Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular)». Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar.
Kövsər Tağıyev:
(O gün Allah belə deyəcək:) “Ey cin və insan topluluğu! Aranızdan sizə ayələrimi danışan və bu gününüzün gəlib çatacağı haqqında sizi xəbərdar edən peyğəmbərlər gəlmədimi?” Onlar belə deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik”. Dünya həyatı onları aldatdı və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik etdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey cin və insan tayfası! Məgər öz içərinizdən sizə ayələrimi danışan və bu gününüzlə görüşəcəyiniz barəsində sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: "Biz öz-özümüzə qarşı şahidlik edirik". Onları bu dünya həyatı şirnikdirdi və onlar kafir olduqları barədə öz-özlərinə qarşı şahidlik etdilər.
Sabirə Dünyamalıyeva:
Ey gizli, aşikar, gələcəyin, bu günün insan cəmiyyəti! Sizə ayələrimi söyləyən və [belə bir] günə qovuşacağınız barədə sizə xəbərdarlıq edən, öz içinizdən elçilər gəlmədimi? Onlar: "Öz əleyhimizə şahidik" dedilər. Bəsit dünya həyatı onları aldatdı və onlar özlərinin həqiqətən kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlərdən] olduqlarına şahidlik etdilər.