Taha Surəsi 131. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Kafirlərdən) bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli daha davamlıdır.
Bünyadov-Məmmədəliyev:
(Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm daha baqidir (sürəklidir, əbədidir)!
Elmir Quliyev :
Не заглядывайся на то, чем Мы наделили некоторых из них (неверующих), чтобы подвергнуть их этим искушению. Это блеск земной жизни, а удел твоего Господа лучше и долговечнее.
Ələddin Sultanov:
Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm daha əbədidir.
Kerbelayi Malik ağa:
Onlardan bəzilərinə onları imtahan etməyimiz üçün mətalandırdığımız (faydalandırdığımız) dünya həyatının zinətlərinə gözlərini tikmə. Rəbbinin ruzisi daha xeyirlidir baqidir (davamlıdır).
Ələsgər Musayev:
Heç vaxt rəğbət gözü ilə baxma fani mətaha ki, onlara vermişik cütlərlə onlardan zinətləridir dünya həyatının sınamaq üçün onunla onları. Ruzisi Rəbbinin xeyirlidir baqidir.
A.Mehdiyev və D.Cəfərli:
Sınamaq üçün onların bəzi təbəqələrini bəhrələndirdiyimiz şeyə (var-dövlət, övlad məqama) gözünü dikmə ki, onlar dünya həyatının çiçək zinətləridir. Rəbbinin ruzisi (kitab din) daha yaxşı əbədidir.
Kövsər Tağıyev:
Onları sınamaq üçün onlardan bəzilərinə dünya həyatının zinəti olaraq verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli daha qalıcıdır.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanların bəzi zümrələrini sınamaq üçün onlara verdiyimiz bu dünya həyatının çiçəyində [mal-dövlətində] əsla gözün olmasın. Sənin Rəbbinin ruzisi daha xeyirli daha uzun sürəndir.
Sabirə Dünyamalıyeva:
sınama vasitəsi olaraq, bəsit dünya həyatının zinəti olaraq, onlardan bəzi cütlüklərə verdiyimiz mal, mülk, övlad səltənətə əsla gözlərini dikmə/rəğbətlə baxma. Rəbbinin ruzisi daha yaxşı daha baqidir.