Ənam Surəsi 131. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu ona görədir ki, Rəbbin əhalisi qafil olan kəndləri haqsızcasına məhv etməz.
Bünyadov-Məmmədəliyev:
Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!
Elmir Quliyev :
Это произойдет потому, что твой Господь не губит города несправедливо, пока их жители пребывают в неведении.
Ələddin Sultanov:
Çünki sənin Rəbbin əhalisi (peyğəmbərlərin göstərdiyi haqq yoldan) xəbərsiz olduğu halda məmləkətləri zülmlə məhv edən deyildir.
Kerbelayi Malik ağa:
Bu sənin Rəbbinin ölkə xalqı qəflət içindəykən (xəbərdar edilmədən), ölkələri zülm ilə həlak edici olmamasındandır.
Ələsgər Musayev:
Ay cin insan toplusu! Ə, özünüzdən sizə rəsullar gəlmədimi, Mənim ayətlərimi sizin üçün hekayət edələr sizi bu günün görüşündən qorxudalar? Onlar deyərlər: «Biz şahidik üzərində öz nəfsimizin!». Dünya həyatı onları məğrur etdi şahid oldular üzərində öz nəfslərinin ki, kafir olublar.
A.Mehdiyev və D.Cəfərli:
Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir.
Kövsər Tağıyev:
Bu (peyğəmbərlərin göndərilməsi) ona görədir ki, Rəbbin, əhalisi xəbərsizkən ölkələri haqsız yerə həlak edən deyildir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu ona görədir ki, sənin Rəbbin əhalisi (haqdan) qəflətdə olan məmləkətləri haqsızcasına məhv edən deyildir.
Sabirə Dünyamalıyeva:
Bax bu; sənin Rəbbinin, əhalisi qafil, xəbərsiz ikən, ölkələri haqsız yerə dəyişikliyə/məhvə məruz qoymamasıdır.