Bəqərə Surəsi 132. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz ancaq müsəlman olaraq ölməlisiniz!”
Bünyadov-Məmmədəliyev:
İbrahim (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz ancaq müsəlman olaraq ölməlisiniz!”
Elmir Quliyev :
Ибрахим (Авраам) и Йакуб (Иаков) заповедали это своим сыновьям. Йакуб (Иаков) сказал: сыновья мои! Аллах избрал для вас религию. И умирайте не иначе, как будучи мусульманами".
Ələddin Sultanov:
İbrahim Yaqub da: “Ey oğullarım, həqiqətən, Allah sizin üçün bu dini seçmişdir. Ona görə ancaq müsəlman olaraq can verin!” deyərək bunu öz oğullarına vəsiyyət etdilər.
Kerbelayi Malik ağa:
İbrahim (ə.s) onu (Allaha təslim olmağı) öz oğullarına vəsiyyət etdi. Yaqub (ə.s) də: ‘Ey oğullarım! Şübhəsiz ki, Allah bu dini sizin üçün seçdi. Artıq siz Allaha təslim olmadan ölməyin.’ deyə (vəsiyyət etdi).
Ələsgər Musayev:
Vəsiyyət etdi onunla Ibrahim oğullarına Yəqub: «Ay oğlanlarım! Həqiqətən, Allah seçdi sizin üçün dini ölməyinancaq siz təslim olanlar olaraq».
A.Mehdiyev və D.Cəfərli:
İbrahim Yəqub oğlanlarına öz dinlərini tövsiyə etdilər (və hər biri öz vəsiyyətində dedi) ki: «Ey mənim oğlanlarım, şübhəsiz, Allah bu dini sizin üçün seçib. Buna görə (çalışın) dünyadan mütləq yalnız müsəlman olaraq gedin!»
Kövsər Tağıyev:
İbrahim bunu öz oğullarına da vəsiyyət etdi, Yaqub da həmçinin: “Oğullarım! Allah sizin üçün bu dini (İslamı) seçdi. Siz ancaq müsəlmanlar olaraq ölün”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
İbraihm də, Yaqub da bunu öz övladlarına vəsiyyət etdilər: "Ey övladlarım ! Allah sizin üçün bu dini seçmişdir. Siz ancaq müsəlman olaraq ölməlisiniz."
Sabirə Dünyamalıyeva:
İbrahim müsəlman olmağı, öz oğullarına Yəquba, "Ey oğullarım! Şübhəsiz ki, bu dini sizin üçün Allah seçdi. Onun üçün yalnız möhkəmləndirən [əmin-amanlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə daxil olmasını təmin edən] kəslər olaraq ölün!" deyə vəsiyyət etdi.