Əlixan Musayev:
Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya bağlıdır.
Bünyadov-Məmmədəliyev:
Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!
Elmir Quliyev
:
Вели своей семье совершать намаз и сам терпеливо совершай его. Мы не просим у тебя удела, ведь Мы Сами наделяем тебя уделом. А добрый исход — за богобоязненностью.
Ələddin Sultanov:
Ailənə namaz qılmağı əmr et! Özün də namaza səbirlə davam et! Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. Gözəl aqibət təqva əhlinindir.
Kerbelayi Malik ağa:
Əhlinə (ailənə və ətrafındakılara) namazı əmr et və onun üzərində (namazda) səbirli ol. Səndən ruzi istəmirik. Sənə Biz ruzi veririk. Gözəl aqibət təqva sahiblərinindir.
Ələsgər Musayev:
Əmr et öz əhlinə islahatı və səbr et
üzərində onun. Səndən ruzi istəmirik. Biz sənə ruzi veririk və
aqibət müttəqilər üçündür!
A.Mehdiyev və D.Cəfərli:
Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbr et. Biz səndən heç bir ruzi istəmirik (ki, sənin də imkanın olmasın və gücün çatmasın). Sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya məxsusdur.
Kövsər Tağıyev:
Ailənə namazı əmr et və özün də ona davam et. Səndən ruzi istəmirik. Sənə də ruzini biz veririk. Gözəl aqibət Allaha qarşı gəlməkdən çəkinənlərindir.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz camaatına namaz qılmağı əmr et, özün də qılmaqda səbrli ol. Biz səndən bir ruzi istəmirik. Biz sənə ruzi veririk. Aqibət təqvadan [Allahdan qorxmaqdan] asılıdır.
Sabirə Dünyamalıyeva:
Və əhlinə səlatı [maddi və zehni baxımdan dəstək olmağı; cəmiyyəti maarifləndirməyi] əmr et, özün də ona səbrlə davam et. Biz səndən bir ruzi istəmirik. Sənə ruzi verən Bizik. Aqibət, "Allahın mühafizəsi altında olmaq" üçündür.