Əlixan Musayev:
Yoxsa siz Yaquba ölüm gəldikdə (onun) yanında idiniz? O zaman o, öz oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!”
Bünyadov-Məmmədəliyev:
(Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” – deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların – İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!”- dedilər.
Elmir Quliyev
:
Или же вы находились рядом, когда смерть явилась к Йакубу (Иакову)? Он сказал своим сыновьям: "Кому вы будете поклоняться после меня?" Они сказали: "Мы будем поклоняться твоему Богу и Богу твоих отцов — Ибрахима (Авраама), Исмаила (Измаила) и Исхака (Исаака), Единственному Богу. Ему одному мы покоряемся".
Ələddin Sultanov:
Yoxsa Yaqubun əcəli gəlib çatdığı zaman yanında idiniz?! O öz övladlarına: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” - dedikdə onlar: “Sənin ilahına və ataların İbrahim, İsmail və İshaqın tək ilahına ibadət edəcəyik. Biz Ona təslim olanlarıq!” - deyə cavab vermişdilər.
Kerbelayi Malik ağa:
Yoxsa siz Yaqub (ə.s) öləcəyi zaman ona: ‘Şahidmi oldunuz?’ O (Yaqub ə.s) oğullarına: ‘Bundan (mən öldükdən) sonra kimə qul olacaqsınız?’ demişdi. Onlar: ‘Sənin İlahına və sənin ataların İbrahim (ə.s), İsmayıl (ə.s) və İshaqın (ə.s) İlahı olan tək İlaha qul olacağıq. Biz Ona təslim olanlarıq.’ dedilər.
Ələsgər Musayev:
Yoxsa oldunuz şahidlər, onda hazır idi Yəqub
ölümə? Onda dedi öz oğulları üçün: «Nəyə ibadət edəcəksiniz
məndən sonra?» Dedilər: «Ibadət edəcəyik Ilahinə sənin və
Ilahisinə atalarının sənin – Ibrahimin və Ismailin və Ishaqın
Vahid Ilahisinə və biz Onun üçün təslim olanlarıq!»
A.Mehdiyev və D.Cəfərli:
(Siz ki, «Yəqub öz oğlanlarına yəhudiliyi tövsiyə etdi» deyirsiniz,) məgər Yəqubun ölümü çatan zaman onun yanında və şahid idiniz? (Halbuki, Yəqub) öz oğlanlarına: «Məndən sonra nəyə ibadət edəcəksiniz?» – deyəndə, (İbrahimin hənif dinini tapşırmışdı və oğlanları da onun cavabında) «sənin və ataların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha ibadət edəcəyik və biz Ona (Onun əmrlərinə) təslim olanlarıq» demişdilər.
Kövsər Tağıyev:
Ölüm döşəyində ikən Yaqubun öz övladlarına: “Məndən sonra kimə ibadət edəcəksiniz?” – dediyi, onların da: “Sənin ilahına və ataların İbrahim, İsmail və İshaqın ilahı olan tək bir ilaha ibadət edəcəyik. Bizlər ona boyun əymiş müsəlmanlarıq”, – dedikləri zaman, yoxsa siz onların yanında idiniz?
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa siz Yaquba ölümün gəlməsinin şahidi idiniz ? O zaman o, öz oğlanlarına dedi: "Məndən sonra siz nəyə ibadət edərsiniz ?" Onlar söylədilər: "Biz sənin Allahına, sənin atalarının – İbrahim, İsmail və İshaqın Allahına, vahid Allaha ibadət edəcəyik. Biz Ona təslim olanlarıq !"
Sabirə Dünyamalıyeva:
Yoxsa siz; Yəqubun ölümü yetişdiyi zaman, oğullarına: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" dedikdə, onların: "Biz, tək məbud olaraq sənin məbuduna və əcdadın İbrahim, İsmail və İshaqın məbuduna ibadət edəcəyik. Və biz, yalnız Onun üçün islamlaşdıracağıq" dediklərinə şahid idiniz?!