Əlixan Musayev:
Həqiqətən, sizə vəd olunan (əzab) gələcəkdir. Siz (ondan) yaxa qurtara bilməyəcəksiniz.
Bünyadov-Məmmədəliyev:
Sizə vəd edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!
Elmir Quliyev
:
Воистину, обещанное вам наступит, и вы не сможете избежать этого.
Ələddin Sultanov:
Şübhəsiz ki, sizə vəd edilən (əzab) gələcəkdir. Siz buna mane ola bilməzsiniz!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, sizə vəd edilən şey mütləq gələcəkdir. Siz aciz buraxacaq deyilsiniz (qarşısını ala bilməzsiniz).
Ələsgər Musayev:
Rəbbin Qənidir və rəhmət sahibidir. Əgər O istəsə, sizi aparar və sizdən sonra kim istəsə xəlifə edər, nə qədər, sizi ayrı qoumun zürriyyətindən inşa etdi.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, sizə vəd edilən şey (Bərzəx, Qiyamət, Cənnət və Cəhənnəm) gələcəkdir. Siz Allahı əsla aciz edə bilməzsiniz (Onunla mübarizə aparmaq və ya Ondan qaçmaq qüdrətiniz yoxdur).
Kövsər Tağıyev:
Şübhəsiz, sizə vəd olunan şeylər mütləq gələcəkdir. Siz bunun qarşısını ala bilməzsiniz.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, sizə vəd olunan (qiyamət günü) gələcəkdir. Siz isə bunun qarşısını ala bilməzsiniz.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, sizə vəd olunan şeylər həqiqətən gələcək. Və siz, buna mane ola bilməzsiniz.