Əlixan Musayev:
Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, (biz) hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”.
Bünyadov-Məmmədəliyev:
(Yəhudilər və xaçpərəstlər müsəlmanlara: ) “Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” - deyirlər. (Ya Rəsulum!) Sən de: “Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi.
Elmir Quliyev
:
Они сказали: "Обратитесь в иудаизм или христианство, и вы последуете прямым путем". Скажи: "Нет, в религию Ибрахима (Авраама), который был ханифом и не был одним из многобожников".
Ələddin Sultanov:
Onlar: “Doğru yolda olmaq üçün yəhudi və ya xaçpərəst olun!” - dedilər. De: “Əksinə, biz hənif olan (Allaha şərik qoşmayan) İbrahimin dinindəyik. O, Allaha şərik qoşanlardan deyildi”.
Kerbelayi Malik ağa:
Dedilər ki: ‘Yəhudi və ya xristian olun ki, hidayətə ərərsiniz.’ De ki: ‘Xeyr, İbrahimin dini hənifdir.’ O, müşriklərdən olmadı.’
Ələsgər Musayev:
Və dedilər: «Olun hidayət olunan, yaxud yardım olunan
hidayət olunasınız!» De: «Bəli! Milləti Ibrahimin hənifdir və
olmadı müşriklərdən»
A.Mehdiyev və D.Cəfərli:
Və (kitab əhli insanlara) dedilər: «Yəhudi yaxud xaçpərəst olun ki, doğru yolu tapasınız.» De: «Əksinə, haqq (yol)a yönəlmiş İbrahimin dininə (tabe olacağıq) və o, əsla müşriklərdən olmayıb.»
Kövsər Tağıyev:
(Yəhudilər:) “Yəhudi olun” və (xristianlar da:) “Xristian olun ki, doğru yolu tapasınız”, – dedilər. De ki: “Xeyr, biz haqqa yönələn İbrahimin dininə tabe olarıq. O, Allaha şərik qoşanlardan deyildi”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Yəhudi və ya xaçpərəst olun ki, düz yol tutasınız !" De: "Xeyr, biz İbrahimin hənif (təkallahlığa ürəkdən inam) dinindəyik. Axı o, müşriklərdən deyildi."
Sabirə Dünyamalıyeva:
Və Yəhudilər, "Yəhudi olun ki, yönləndirildiyiniz doğru yolu tapasınız"; xristianlar da "Xristian olun ki, yönləndirildiyiniz doğru yolu tapasınız" dedilər. Sən de ki: "Əksinə, küfrdən, Allaha şərik qoşmaqdan dönən biri olaraq, Allahın şəriklərinin olacağını qəbul etməyən İbrahimin dininə/həyat tərzinə [tabe oluruq]!"