Bəqərə Surəsi 136. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba onun nəslinə nazil olana, Musa İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!”
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər, yəhudi xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”
Elmir Quliyev :
Скажите: "Мы уверовали в Аллаха, а также в то, что было ниспослано нам и что было ниспослано Ибрахиму (Аврааму), Исмаилу (Измаилу), Исхаку (Исааку), Йакубу (Иакову) и коленам (двенадцати сыновьям Йакуба), что было даровано Мусе (Моисею) и Исе (Иисусу) и что было даровано пророкам их Господом. Мы не делаем различий между ними, и Ему одному мы покоряемся".
Ələddin Sultanov:
Belə deyin: “Allaha bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba onun övladlarına göndərilənlərə, Musaya İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirmişik. Onlardan heç biri arasında fərq qoymuruq biz Ona (Allaha) təslim olanlarıq!”
Kerbelayi Malik ağa:
Deyin ki: ‘Biz Allaha, bizə endirilənlərə, İbrahimə (ə.s), İsmayilə (ə.s), İshaqa (ə.s), Yaqub (ə.s) nəvələrinə endirilənlərə, Musa (ə.s) İsaya (ə.s) verilənlərə (digər) nəbilərə Rəbləri tərəfindən verilənlərə (səhifə, kitab vəhylərə) iman etdik. Onların arasında heç bir fərq qoymuruq (birini digərindən ayırmırıq). Biz Ona təslim olanlarıq.’
Ələsgər Musayev:
Deyin: «Inandıq biz Allah ilə ki, nazildir tərəfimizə bizim ki, nazildir tərəfinə Ibrahimin Ismailin Ishaqın Yəqubun davamçılarına ki, əta olunub Musaya Isaya ki, əta olunub nəbilərə Rəblərindən. Fərq qoymuruq arasında bir kəsin onlardan biz Onun üçün təslim olanlarıq!»
A.Mehdiyev və D.Cəfərli:
(Ey möminlər) deyin: «Biz Allaha bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa İsaya, eləcə peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları Allah tərəfindən seçilib göndərilmələri baxımından) heç bir fərq qoymuruq biz Onun müqabilində təslim olanlarıq.»
Kövsər Tağıyev:
Deyin ki: “Biz Allaha, bizə endirilənə (Qur`ana), İbrahim, İsmail, İshaq, Yaqub Yaqub oğullarına endirilənə, Musa İsaya verilən (Tövrat İncil) ilə digər bütün peyğəmbərlərə Rəbləri tərəfindən verilənə iman etdik. Onlardan heç biri arasında fərq qoymarıq biz ona təslim olmuş kəslərik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Deyin: "Biz Allaha iman gətirdik, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba əsbata (nəsillərinə) nazil olanlara, Musaya İsaya göndərilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə göndərilənlərə inandıq. Biz özümüzü Ona təslim etdik.
Sabirə Dünyamalıyeva:
Deyin ki: "Biz Allaha, bizə nazil olana, İbrahimə İsmailə İshaqa Yəquba onun nəvələrinə nazil olana, Musaya İsaya verilənlərə peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik; onlardan heç birini digərindən ayırmarıq biz ancaq Onun üçün islamlaşdıran [möhkəmləndirən/sağlamlıq-xoşbəxtlik qazandıran] kəslərik."