Əlixan Musayev:
Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik).
Elmir Quliyev
:
Они сказали: "Нам все равно, будешь ты увещевать или же не будешь в числе тех, которые увещевают.
Ələddin Sultanov:
Onlar dedilər: “Öyüd versən də, verməsən də, bizim üçün fərqi yoxdur.
Kerbelayi Malik ağa:
‘Sən bizə nəsihət etsən də və ya nəsihət etməsən də bizim üçün eynidir.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Bərabərdir bizim üçün – öyüd verəsən, ya öyüd verməyəsən.
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Nəsihət etsən də,öyüd verənlərdən olmasan da bizim üçün birdir».
Kövsər Tağıyev:
Dedilər ki: “Sən öyüd versən də, verməsən də bizim üçün eynidir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: “Sən nəsihət versən də, verməsən də, bizim üçün fərqi yoxdur.
Sabirə Dünyamalıyeva:
Onlar dedilər ki: “Sən öyüd verənlərdən olsan da, yaxud öyüd verənlərdən olmasan da, bizim üçün fərqi yoxdur.