Ənam Surəsi 136. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Allah üçün Onun yaratdığı əkindən mal-qaradan pay ayırıb öz (batil) iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız (bütlər) üçündür”– deyirlər. Şərikləri üçün ayırdıqları (pay) Allaha çatmır, Allah üçün ayırdıqları (pay) isə şəriklərinə çatır. Onların verdikləri hökm necə pisdir!
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə pisdir!
Elmir Quliyev :
Они предназначают Аллаху долю того, что Он вырастил из посевов и скота, и по своему разумению говорят: "Это Аллаху, а это сотоварищам". То, что предназначено сотоварищам, не попадает Аллаху, а то, что предназначено Аллаху, попадает сотоварищам. Скверно то, что они решают!
Ələddin Sultanov:
Onlar (Allahın) yaratdığı əkin davardan Allah üçün pay ayırdılar öz iddiaları üzrə: “Bu Allahındır, bu da (Allaha) şərik qoşduqlarımızındır!” - dedilər. Bütləri üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə bütlərə çatardı. Onların verdiyi hökm necə pisdir! (Cahiliyyə dövründə bəzi ərəblər əkin məhsulları heyvanlarının bir qismini Allahla bütlər arasında bölüşdürürdülər. Allah üçün ayırdıqları payı qonaqlar kasıb insanlar üçün xərcləyər, bütləri üçün ayırdıqları payı isə, o bütlərə edilən ibadətlər üçün xərcləyərdilər. Əgər Allah üçün ayırdıqları pay olan heyvanlardan biri bütlərin payı olan heyvanlar tərəfə keçərsə, ona dəymirdilər. Bunun əksinə, bütlərin payı olan bir heyvan Allah üçün ayırdıqları heyvanlar tərəfə keçərsə, onu geri qaytarar belə deyərdilər: “Allah zəngindir, bunlar isə kasıbdırlar”. Yuxarıdakı ayədə buna işarə edilir onların bu əməlləri qınanır.)
Kerbelayi Malik ağa:
Onun (Allahın) yaradıb çoxaltdığı əkinlərdən heyvanlardan Allah üçün pay ayırdılar. Beləcə öz zənnləri ilə: ‘Bu Allah üçün bu da şəriklərimiz üçün.’ dedilər. Lakin şərikləri üçün olan Allaha çatmaz, amma Allah üçün olan onların şəriklərinə çatar. Hökm etdikləri şey pisdir.
Ələsgər Musayev:
De: «Ay qoumum! Hər imkanınız var, əməl edin, mən əməl edərəm biləcəksiniz ki, aqibət evi kimin üçündür. Həqiqətən, zalimlər nicat tapmayacaqlar!»
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklər) Allahın yaratdığı şeylərdən–əkin dördayaqlılardan Ona bir pay qoydular öz gümanlarına əsasən «bu, Allahın, bu isə bizim şəriklərimizin (bizim Allaha qoşduğumuz şəriklərin)dir» dedilər. Lakin şərikləri üçün olan Allaha çatmır, Allah üçün olan isə şəriklərinə çatır. Hökm etdikləri şey (necə də) pisdir.
Kövsər Tağıyev:
Allahın yaratdığı əkinlərdən heyvanlardan Ona bir pay ayırdılar ağıllarına görə: “Bu Allah üçün, bu da bizim şərik qoşduqlarımız (bütlərimiz) üçündür”, dedilər. Şərik qoşduqları üçün olan Allahınkına əlavə olunmur. Allah üçün olan isə onların şərik qoşduqlarınınkına əlavə olunur. pis hökm verirlər!
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allahın yaratdığı əkin-biçindən, mal-qaradan Ona bir pay ayıraraq deyirlər “Bu, - onların iddiasınca - Allah üçündür, bu da bizim şərik qoşduqlanmız üçündür”. Onların Allaha qoşduqları şərikləri üçün ayırdıqlan Allaha çatmır, Allah üçün ayırdıqları isə şəriklərinə çatır. Onlar necə pis hökm verirlər!
Sabirə Dünyamalıyeva:
onlar, Allahın yaratdığı əkindən mal-qaradan Allaha bir pay ayırıb, öz pozğun inanclarına görə, "Bu, Allah üçün; bu da şəriklərimiz üçündür" dedilər. Budur, şərikləri üçün olan pay Allaha çatmaz, Allah üçün olan şey şəriklərinə çatar. Verdikləri hökm necə pisdir!