Əlixan Musayev:
Ayələrimizi inkar edib onlardan qafil olduqlarına görə Biz (o tayfadan) intiqam alaraq onları dənizdə qərq etdik.
Bünyadov-Məmmədəliyev:
Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara etinasız yanaşdıqları) üçün (Firon əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.
Elmir Quliyev
:
Мы отомстили им и потопили их в море за то, что они сочли ложью Наши знамения и пренебрегли ими.
Ələddin Sultanov:
Biz də ayələrimizi (möcüzələrimizi) yalanladıqlarına və düşünüb təfəkkür etmədiklərinə görə onlardan intiqam aldıq və onları dənizdə boğduq.
Kerbelayi Malik ağa:
Ayələrimizi yalanlamaları və ondan qafil olmaları səbəbiylə, beləcə onlardan intiqam aldıq və onları dənizdə boğduq.
Ələsgər Musayev:
Biz onlardan intiqam aldıq və onları qərq etdik dənizdə, ona görə ki, yalan saydılar ayətlərimizlə Bizi və ondan qafil oldular!
A.Mehdiyev və D.Cəfərli:
Nəhayət, onlardan intiqam aldıq və onları dənizdə batırdıq. Çünki Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və (ümumiyyətlə) onlardan qafil idilər.
Kövsər Tağıyev:
Bu səbəblə onlardan intiqam aldıq. Ayələrimizi təkzib etmələri və onlara əhəmiyyət verməmələri səbəbi ilə onları dənizdə boğduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz də intiqam alaraq onları dənizdə qərq etdik, ona görə ki, onlar Bizim ayələrimizi yalan hesab edir və onlara etinasız yanaşırdılar.
Sabirə Dünyamalıyeva:
Biz də, şübhəsiz ki, ayələrimizi inkar etdikləri və onlardan qəflətdə olduqları üçün onları cəzalandıraraq ədaləti təmin etdik. Və onları bol suda/çayda boğduq.