Əlixan Musayev:
Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan (qorunmaq üçün) Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.
Elmir Quliyev
:
Если они уверуют в то, во что уверовали вы, то последуют прямым путем. Если же они отвернутся, то окажутся в разладе с истиной. Аллах избавит тебя от них, ибо Он — Слышащий, Знающий.
Ələddin Sultanov:
Əgər onlar sizin iman gətirdiyiniz kimi iman gətirsələr, əlbəttə, doğru yolda olarlar. Əgər üz döndərsələr, həqiqətən, ixtilafa düşərlər. Onlara qarşı Allah sənə kifayət edər. O hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Bundan sonra əgər onlar da sizin Ona (Allaha) iman etdiyiniz kimi iman etsəydilər, o təqdirdə hidayətə ərmiş olardılar. Əgər dönsələr (üz çevirsələr), beləcə o təqdirdə onlar yalnız bir ayrılıq içində olarlar (Allahın yolundan ayrılmış olarlar). Allah (onlara qarşı) sənə kifayət edər. O, ən yaxşı eşidən və ən yaxşı biləndir.
Ələsgər Musayev:
Və əgər
inansalar misli ilə, nə ki, inandınız onun ilə, fəqət hidayət
olunarlar. Əgər üz döndərdilər və həqiqətən, nə ki, onlar
şəqavətdədirlər. Kifayət edəcək sənə onlardan Allah Və O
Səmidir Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, əgər onlar da sizin iman gətirdiklərinizə iman gətirsələr, şübhəsiz, doğru yolu tapıblar. Əgər üz döndərsələr, həqiqətən, müxalifət və düşmənçilik məqamındadırlar. Buna görə də, Allah tezliklə onların şərrini səndən dəf edəcəkdir və Odur eşidən və bilən!
Kövsər Tağıyev:
Əgər onlar sizin iman etdiyiniz kimi iman etsələr, həqiqətən, doğru yolu taparlar. Üz döndərsələr, əlbəttə ki, onlar dərin bir təfriqəyə düşərlər. Allah səni onlardan qoruyacaq. O, haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar da sizin kimi iman etsələr, onda düz yola çıxmış olarlar. Yox əgər üz çevirsələr, onda nifaq içərisində olarlar. Allah onların (cəzasını vermək üçün) sənə kifayətdir. O hər şeyi eşidəndir, biləndir
Sabirə Dünyamalıyeva:
Əgər möminləri yəhudiləşdirmək, xristianlaşdırmaq istəyənlər, siz inandığınız kimi iman etsələr, artıq həqiqətən yönləndirildikləri doğru yolu taparlar. Yox, əgər üz döndərsələr, onlar yalnız bölünüb-paçalanmış olacaqlar. Onlara qarşı sənə Allah kifayət edər. Və O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.