Əlixan Musayev:
Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.
Bünyadov-Məmmədəliyev:
Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)
Elmir Quliyev
:
Это — всего лишь обычаи (или измышления) первых поколений,
Ələddin Sultanov:
Bu, əvvəlkilərin adətlərindən başqa bir şey deyildir.
Kerbelayi Malik ağa:
Bu ancaq əvvəlkilərin xurafələrindən başqa bir şey deyil.
Ələsgər Musayev:
Həqiqətən, bu, ancaq əvvəlkilərin xəlq etdiyidir.
A.Mehdiyev və D.Cəfərli:
«Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik.) (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata–babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab – kitab adlı bir şey olmayacaqdır)».
Kövsər Tağıyev:
“Bu, əvvəlkilərin adətlərindən başqa bir şey deyil”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar ancaq (bizdən) əvvəlkilərin adətləridir.
Sabirə Dünyamalıyeva:
Bu, sadəcə, öncəkilərin həyat tərzləridir