Əraf Surəsi 137. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Musa ilə olan) zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə məğriblərinə varislər təyin etdik. Səbr etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz Firon onun xalqının qurduqlarını tikib ucaltdıqlarını darmadağın etdik.
Bünyadov-Məmmədəliyev:
Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun onun camaatının qurduqları (imarətləri) ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq.
Elmir Quliyev :
Мы даровали в наследие тем, которых считали слабыми, восточные и западные земли, которые Мы благословили. Сбылось прекрасное Слово твоего Господа о сынах Исраила (Израиля), поскольку они проявили терпение. Мы разрушили то, что содеяли Фараон и его народ и что они воздвигали.
Ələddin Sultanov:
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon qövmünün düzəltdikləri ucaltdıqları (binaları) isə məhv etdik. (Təfsirlərdə, yuxarıdakı ayədə keçən şərq qərb torpaqlarının Fələstin Şam bölgəsi olduğu bildirilir. Çünki tarix kitablarında da qeyd edilir ki, bir zamanlar İsrail oğulları bu bölgələrə hakim olmuşdular.)
Kerbelayi Malik ağa:
Zəif buraxılmış qövmü yer üzünün bərəkət verdiyimiz şərqinə qərbinə varis etdik. İsrail oğullarına səbirlərinə görə Rəbbinizin gözəl sözü tamamlandı. Fironun onun qövmünün etmiş olduqlarını qurduqları çardaqları (köşkləri, binaları) xarab (məhv) etdik.
Ələsgər Musayev:
Varis etdik Biz o qoumu - o kəsləri ki, zəif idilər, ərzin şərq qərbinə, hansı ki, bərəkət vermişdik ora. Tamam oldu sənin Rəbbinin gözəl kəlmələri yaxşılığı üzərində Israil oğullarının səbr etdiklərinə görə məhv etdik ki, Firaun onun qoumu yaratmışdılar ki, ucaltmışdılar!
A.Mehdiyev və D.Cəfərli:
(fironçular tərəfindən) həmişə zəif aciz hesab edilən dəstəni o torpaqların çox xeyir-bərəkətli etdiyimiz şərq qərblərinin (Şam Fələstin torpaqlarının) varisi etdik. Rəbbinin İsrail övladlarına olan gözəl sözü (onların zəfər vədi) onların səbrlərinin mükafatı olaraq tamamilə gerçəkləşdi Fironun onun qövmünün tikdiklərini (ev, saray qüllələrini) çardağa qaldırdıqlarını (üzüm tənəklərini) viran məhv etdik.
Kövsər Tağıyev:
Xor görülüb əzilməkdə olan qövmü (İsrail oğullarını) torpağına bolluq bərəkət verdiyimiz yerin şərqinə qərbinə varis etdik. Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz onların səbir etmələri səbəbi ilə gerçəkləşdi. Firon qövmünün düzəltdiklərini (həvəslə qurub) ucaltdıqlarını yerlə bir etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz xeyir-bərəkət verdiyimiz yerin şərq qərb tərəflərini zəif, əlsiz-ayaqsız adamlara miras etdik. Səbr etdiklərinə görə İsrail övladları barəsində sənin Rəbbinin xoşniyyət sözü həyata keçdi. Biz Fironun onun tayfasının qurduqlarını tikib ucaltdıqlarını yerlə yeksan etdik!
Sabirə Dünyamalıyeva:
Zəifliyə düçar edilən/gücdən salınan tayfanı da bərəkətləndirdiyimiz yerin hər yanına varis təyin etdik. beləliklə, Rəbbinin, İsrail oğullarına verdiyi gözəl sözlər, səbr etdikləri üçün yerinə yetdi. Biz Firon ilə qövmünün keçmişdən bəri düzəltdikləri sənaye əsərlərini ucaltmaqda olduqları şeyləri yerlə yeksan etdik.