Əlixan Musayev:
De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum! Kitab əhlinə de: ) “Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!”
Elmir Quliyev
:
Скажи: "Неужели вы станете препираться с нами относительно Аллаха, тогда как Он является нашим Господом и вашим Господом. Нам достанутся наши деяния, а вам — ваши деяния, и мы искренни перед Ним".
Ələddin Sultanov:
De: “Allah haqqında bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona təslim olanlarıq”.
Kerbelayi Malik ağa:
De ki: ‘Allah haqqında bizimlə mübahisəmi edirsiniz? O, bizim də Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Biz Ona müxlis olanlarıq (dini Ona xalis edənlərik).’
Ələsgər Musayev:
De: «Ə, höccət edirsiniz bizimlə Allahda və O - bizim
Rəbbimizdir və sizin Rəbbinizdir? Bizim üçündür əməllərimiz
və sizin üçündür əməlləriniz və biz Onun üçün məxlusanəyik!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Bizimlə Allah(ın işi) barəsində höcətləşirsiniz (ki, peyğəmbəri nə üçün ərəblərdən seçdi)? Halbuki O, (həm) bizim Rəbbimiz və (həm də) sizin Rəbbinizdir və bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir və biz Ona sadiqik» (və Peyğəmbərin seçilməsinin səbəbi həmin əməl və sədaqətdir).
Kövsər Tağıyev:
Onlara de ki: “Allah haqqındamı bizimlə mübahisə edirsiniz? Halbuki O, bizim də Rəbbimizdir, sizin də. Bizim etdiklərimiz bizə, sizin etdikləriniz sizə aiddir. Biz Ona ürəkdən bağlanmışıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allah barəsində bizimlə mübahisəyəmi girisiniz ? Axı O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz özümüz üçün, sizin də əməlləriniz özünüz üçündür. Biz Ona sadiqik !
Sabirə Dünyamalıyeva:
De ki: "Allah, sizin Rəbbiniz və bizim Rəbbimiz olduğu halda, Onun barəsində bizimlə höcətləşirsiniz? Bir də ki, bizim əməllərimiz yalnız bizə, sizin əməlləriniz də yalnız sizə aiddir. Və biz yalnız Onun üçün, Onun Özünü bütün nöqsanlıqlardan pak tutan kəslərik.