Əlixan Musayev:
Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
Bünyadov-Məmmədəliyev:
Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
Elmir Quliyev
:
Они сочли его лжецом, а Мы погубили их. Воистину, в этом — знамение, но большинство их не стали верующими.
Ələddin Sultanov:
Beləcə, onu təkzib etdilər. Biz də onları məhv etdik. Həqiqətən, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman gətirməz.
Kerbelayi Malik ağa:
Beləcə onu təkzib etdilər. Biz də bu səbəblə onları həlak etdik. Şübhəsiz ki, bunda mütləq bir ayə (ibrət) vardır. Onların çoxu mömin olmadılar.
Ələsgər Musayev:
Yalan saydılar onu və Biz də həlak etdik onları. Həqiqətən, bunda ayətlər var və olmadı əksəriyyəti onların inanan!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onu (Hudu) təkzib etdilər və Biz də onları həlak etdik. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
Kövsər Tağıyev:
Beləliklə, onlar Hudu təkzib etdilər. Biz də bu səbəblə onları həlak etdik. Həqiqətən, bunda bir ibrət var. Onların çoxu isə iman etməmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar onu yalançı hesab etdilər və Biz də onları məhv etdik. Həqiqətən, bunda bir ibrət vardır. Onların çoxu isə inanmır.
Sabirə Dünyamalıyeva:
Buna görə də, onu yalan saydılar ki, Biz onları dəyişikliyə/ dağıntıya uğratdıq. Şübhəsiz ki, bunda, tam yəqinliklə bilin ki, mütləq bir əlamət/nümunə vardır, amma onların çoxu iman edənlər deyildilər.