Əlixan Musayev:
Möminləri qoyub kafirləri (özlərinə) dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur.
Bünyadov-Məmmədəliyev:
O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!
Elmir Quliyev
:
которые берут своими помощниками и друзьями неверующих вместо верующих. Неужели они хотят обрести могущество с ними, если могущество целиком присуще Аллаху?
Ələddin Sultanov:
Möminləri qoyub kafirləri dost tutanlar, izzəti (güc və şərəfi) onların yanındamı axtarırlar?! Şübhəsiz ki, bütün izzət Allaha məxsusdur!
Kerbelayi Malik ağa:
Onlar ki, möminləri qoyub kafirləri dost tutarlar. İzzəti onların yanındamı axtarırlar? Halbuki izzət tamamilə Allaha aiddir.
Ələsgər Musayev:
o kəslər ki, kafirləri inananların
əvəzinə dost götürürlər. Ə, tələb edirlər yanında onların izzət?
Həqiqətən, izzət Allah üçündür cəmiyyən!
A.Mehdiyev və D.Cəfərli:
Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi və dost tuturlar. (Münafiqlər) izzət və əzəməti onların (kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur.
Kövsər Tağıyev:
Onlar möminləri qoyub kafirləri dost tutan kimsələrdir. Onların yanında izzət və şərəfmi axtarırlar? Halbuki bütün izzət və şərəf Allaha aiddir.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərə ki, onlar möminləri qoyub kafirləri özlərinə dost tuturlar. Gücü onlar yanındamı axtarırlar? Halbuki bütün güc Allahdadır.
Sabirə Dünyamalıyeva:
onlar üçün şübhəsiz, çox ağrılı bir əzab var! Onların yanında şan və şərəf axtarırlar? Halbuki şan və şərəf tamamilə Allaha məxsusdur.