Əlixan Musayev:
Şübhəsiz ki, bunların etiqad etdikləri (əqidə) məhvə məhkumdur, gördükləri işlər isə batildir”.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!”
Elmir Quliyev
:
У этих людей погублено будет то, что они исповедуют, и тщетно будет то, что они совершают".
Ələddin Sultanov:
Şübhəsiz ki, bunların içində olduqları din çökmüşdür. Etdikləri işlər də batildir!”
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bunlar onların içində olduqları şey (din səbəbiylə) həlak olmuşdur. Etmiş olduqları şey batildir.
Ələsgər Musayev:
Həqiqətən, onlar nədən yapışıblar məhv olacaq və nə ki, əməl edirdilər batil oldu!»
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən bunların, içində olduqları (şirk əqidəsi) məhvə məhkumdur və (bütlərə) etdikləri (ibadət) batil və puçdur».
Kövsər Tağıyev:
“Şübhəsiz, bunlar (din adına) yaşadıqları həyat baxımından yox olmağa məhkumdurlar. Bütün əməlləri də batildir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunların (ibadət etdikləri bütlər) məhv ediləcəkdir və gördükləri işlər boşa çıxacaqdır".
Sabirə Dünyamalıyeva:
Bu gördüyünüz camaatın etiqad etdiyi din, yox olmağa məhkumdur və onların etdikləri hər şey batildir."