Yunus Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız.
Elmir Quliyev :
Потом Мы сделали вас их преемниками на земле, чтобы посмотреть, как вы будете поступать.
Ələddin Sultanov:
Sonra da edəcəyinizi görmək üçün sizi yer üzündə onların xələfləri etdik.
Kerbelayi Malik ağa:
Sonra onların ardınca sizi yer üzündə xəlifələr etdik ki, görək necə əməl işləyəcəksiniz.
Ələsgər Musayev:
Sonra etdik sizi xəlifə ərzdə onlardan sonra, nəzər salmağımız üçün necə əməl edəcəksiniz.
A.Mehdiyev və D.Cəfərli:
Sonra (cari imtahan qanununa uyğun olaraq) necə rəftar edəcəyinizə baxmaq üçün sizi onların ardınca yer üzündə canişin etdik.
Kövsər Tağıyev:
Sonra necə davranacağınızı görək deyə onların ardınca yer üzündə sizi onların yerinə gətirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra Biz onların ardınca sizi yer üzündə varislər etdik ki, görək necə hərəkət edəcəksiniz.
Sabirə Dünyamalıyeva:
Sonra necə əməl edəcəyinizə baxmaq üçün, onların arxasından sizi yer üzündə onların yerinə gətirdik.