Əlixan Musayev:
Onlar dedilər: “Biz bütöv bir dəstə olduğumuz halda canavar onu yesə, demək biz ziyana uğrayanlarıq”.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Biz güclü bir dəstə (on bir nəfər) ola-ola (gözümüzün qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki!” – deyə cavab verdilər.
Elmir Quliyev
:
Они сказали: "Если волк растерзает его, тогда как нас — целая группа, то мы действительно окажемся потерпевшими убыток".
Ələddin Sultanov:
Onlar: “Biz bu qədər çox olduğumuz halda qurd onu yeyərsə, o zaman biz aciz olarıq axı!” - dedilər.
Kerbelayi Malik ağa:
‘Biz həqiqətən güclü bir dəstə ikən əgər onu bir qurd yeyərsə, o zaman biz mütləq hüsrana düşən kimsələr olarıq.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Əgər
qurd onu yesə, bir surətdə ki, biz bir dəstəyik, onda biz
xəsarətlilərdən olarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Əlbəttə, əgər biz güclü bir dəstə ola-ola, onu canavar yesə, onda biz çox ziyana uğrayan olarıq».
Kövsər Tağıyev:
Onlar isə: “And olsun, biz güclü bir dəstə olduğumuz halda onu qurd yeyərsə, onda biz həqiqətən, ziyana uğramış olarıq”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: “Biz bir dəstə olduğumuz halda, canavar onu yesə, onda kül bizim başımıza!"
Sabirə Dünyamalıyeva:
Yusifin qardaşları dedilər ki: "And olsun ki, biz belə güclü-qüvvətli bir dəstə ikən onu qurd yesə, onda şübhəsiz ki, biz həqiqətən zərərə/itkiyə məruz qalıb əzab çəkənlərdən olarıq."