Əlixan Musayev:
Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Allah istədiyini edər.
Elmir Quliyev
:
А тех, которые уверовали и совершали праведные деяния, Аллах введет в Райские сады, в которых текут реки. Воистину, Аллах поступает так, как пожелает.
Ələddin Sultanov:
Həqiqətən, Allah iman gətirib yaxşı işlər görən kimsələri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Şübhəsiz ki, Allah istədiyini edər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah amənu olanları və əməli salihat (nəfsini islahedici, saleh əməl) edənləri altından çaylar axan cənnətə daxil edəcək. Şübhəsiz ki, Allah dilədiyini edər.
Ələsgər Musayev:
Həqiqətən, Allah daxil edər o kəsləri ki,
inanırlar və əməli salehdirlər, bağlara – cari olur altından onun
nəhrlər. Həqiqətən, Allah nə istəyir fəaliyyət edir.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Əlbəttə, Allah qəti istədiyini yerinə yetirər.
Kövsər Tağıyev:
Şübhəsiz ki, Allah iman edib saleh işlər görənləri içindən çaylar axan cənnətlərə daxil edəcək. Şübhəsiz, Allah istədiyin edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah iman gətirib əməlisaleh olanları dibindən çaylar axan cənnət bağlarına daxil edər. Doğrudan da Allah istədiyini edir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah, iman edən və yaxşılaşdırmaq qayəsi ilə işlər görən kəsləri altından çaylar axan cənnətlərə daxil edər. Şübhəsiz ki, Allah, dilədiyi şeyləri edər.