Möminun Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah qədər xeyirxahdır!
Bünyadov-Məmmədəliyev:
Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah qədər (uca, qədər) uludur!
Elmir Quliyev :
Потом Мы создали из капли сгусток крови, потом создали из сгустка крови разжеванный кусочек, потом создали из этого кусочка кости, и потом облекли кости мясом. Потом Мы вырастили его в другом творении. Благословен же Аллах, Наилучший из творцов!
Ələddin Sultanov:
Sonra nütfəni laxtalanmış qan (rüşeym) halına saldıq, sonra laxtalanmış qanı bir ət parçasına çevirdik. Sonra ət parçasını sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Sonra da onu başqa bir yaradılışla inşa etdik (insan halına saldıq). Yaradanların ən gözəli olan Allah çox ucadır!
Kerbelayi Malik ağa:
Sonra da nütfədən laxtalanmış qan yaratdıq. Sonra laxtalanmış qanı bir parça çeynənmiş ət görünüşünə çevirdik. Bundan sonra çeynənmiş ətdən sümükləri yaratdıq. Sonra da sümüklərə ət geydirdik (üzərini ət ilə örtdük). Daha sonra da onu başqa bir yaradışla inşa etdik (şəkilləndirdik). Allah Mübarəkdir, Ən Gözəl Yaradıcıdır.
Ələsgər Musayev:
Sonra xəlq etdik nütfədən laxtalanmış qan xəlq etdik laxtalanmış qandan bir tikə ət xəlq etdik bir tikə ətdən sümüklər sümükləri ətlə örtdük, sonra inşa etdik onu başqa xilqətdə. Bərəkətlidir, ucadır Allah xaliqlərin ən yaxşısıdır.
A.Mehdiyev və D.Cəfərli:
Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!
Kövsər Tağıyev:
Sonra bu az suyu ələqə halına gətirdik. Ələqəni isə mudğa etdik. Bu mudğanı da sümüklərə çevirdik bu sümükləri isə ətlə örtdük. Nəhayət, onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allahın şanı ucadır!
M.Qənioğlu və T.Bilaloğlu:
sonra nütfədən bir döllənmiş toxum, döllənmiş toxumdan bir ət parçası, ət parçasından isə sümüklər yaratdıq sümükləri ətlə örtdük. Sonra da onu ayrı bir canlı varlıq halına gətirdik. Ən yaxşı yaradan olan Allah gör qədər mübarəkdir [xeyir-bərəkət verəndir]!
Sabirə Dünyamalıyeva:
Sonra o nütfəni bir embriona çevirdik. Sonra o embrionu bir parça ət etdik. Sonra o bir parça əti sümük etdik. Axırda o sümüklərin [üstünə] bir ət geydirdik. ilə örtdük. Sonra onu bir başqa yaradılışda yenidən qurduq. Bax, əmələ gətirənlərin ən gözəli olan Allah necə comərddir!