Furqan Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Onlara deyilər:) “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!”
Bünyadov-Məmmədəliyev:
(Onlara istehza ilə deyilər: ) “Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!” (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç çıxmaz. Allahın əzabı intəhasız dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!)
Elmir Quliyev :
Не призывайте сегодня одну погибель, а призывайте много погибелей!
Ələddin Sultanov:
(Onlara belə deyiləcəkdir:) “Bu gün ölümü bir dəfə yox, çox-çox arzulayın!”
Kerbelayi Malik ağa:
Bu gün yox olmağı bir dəfə istəməyin, dəfələrlə istəyin.
Ələsgər Musayev:
Bu gün özünüz üçün bir ölüm istəməyin, çoxlu ölüm istəyin!
A.Mehdiyev və D.Cəfərli:
(Onlara deyilər:) Bu gün ah-vay ölüm fəryadını bir dəfə ucaltmayın, ah-vay ölüm fəryadını çox (dəfələrlə) ucaldın. (Çünki etiqad əməldə olan hər bir günah üçün əzab, hər bir əzab üçün isə ah-vay ölüm fəryadı vardır.)
Kövsər Tağıyev:
(Onlara:) “Bu gün bir dəfə yox olmağı istəməyin, dəfələrlə yox olmağı istəyin!” (– deyilər.)
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlara deyilər): "Bu gün bir ölüm çağırmayın, çoxlu ölüm çağırın!"
Sabirə Dünyamalıyeva:
-Bu gün bir ölüm deyil, bir çox ölüm diləyin!-