Şüəra Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
Bünyadov-Məmmədəliyev:
(Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram”.
Elmir Quliyev :
Я несу перед ними ответственность за грех и боюсь, что они убьют меня".
Ələddin Sultanov:
Onların mənə isnad etdikləri bir günah da var. Buna görə məni öldürmələrindən qorxuram”.
Kerbelayi Malik ağa:
Onlara görə mən günahkaram. Buna görə məni öldürmələrindən qorxuram.
Ələsgər Musayev:
Onlar üçün mənim üzərimdə günah var xoflanıram ki, məni qətlə yetirələr».
A.Mehdiyev və D.Cəfərli:
«Onlarla bağlı boynumda bir günah var (onlardan bir nəfəri öldürmüşəm). Buna görə (risaləti yerinə yetirməzdən öncə) məni öldürəcəklərindən qorxuram».
Kövsər Tağıyev:
“Üstəlik mən onlar qarşısında suçlu vəziyyətdəyəm. Bu səbəblə onların məni öldürməsindən qorxuram”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Bir nəfəri öldürdüyümə görə) onlann qarşısında günahım vardır. Qorxuram məni öldürələr.”
Sabirə Dünyamalıyeva:
Həm onlara aid, mənim üzərimdə bir günah var. Ona görə də, məni öldürəcəklərindən qorxuram” dedi.